ABŞ donanması kiçik və orta ölçülü insansız sualtı platformalar almaq istəyir

ABŞ donanması kiçik və orta ölçülü insansız sualtı platformalar almaq istəyir
1260     14:40     13 08 2021    
ABŞ Hərbi Dəniz Qüvvələri mina əleyhinə tədbirlərdə istifadə etmək üçün kiçik və orta ölçülü insansız sualtı platformalar almaq niyyətindədir.

ABŞ donanması hazırda mina əleyhinə “Swordfish” və “Kingfish” adlı insansız sualtı platformalardan istifadə edir. Bu platformalar 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərinə aiddir.

“Swordfish” 150 kiloqramlıq kiçik, ikincisi isə 600 kiloqramlıq orta ölçülü insansız platformadır. Hər iki sistem minaların təmizlənməsində istifadə edilib.

Bundan başqa ABŞ Hərbi Dəniz Qüvvələri “Huntington Ingalls Industries” şirkətindən iki ədəd “Remus 300” adlı avtonom sualtı platformalar almağı planlaşdırır. Avtonom sualtı platformaların 2022-ci ilin ortalarında ABŞ donanmasına təhvil verilməsi planlaşdırılır. Şirkət “Remus 300” adlı avtonom sualtı platformaların prototipini qiymətləndirməsi üçün ABŞ donanmasına göndərmişdi.

“Remus 300” konfiqurasiyasından asılı olaraq diametri 190 mm, ümumi uzunluğu 1850-2,510 mm və quru çəkisi 36-58 kq olan portativ avtonom sualtı platformadır. Platformalar missiyanın tələblərinə uyğun olaraq 10, 20 və ya 30 saata qədər dənizdə qala bilir.

ABŞ Hərbi Dəniz Qüvvələri yeni inkişaf etmiş sensorlara, hədəf tanıma proqramlarına sahib yeni sistemlər axtarır. Donanmanın tezliklə tender elan edəcəyi qeyd olunur.
Strategyvision.org

Teq: ABŞ   Remus  


Oxşar məqalələr
Son əlavə olunanlar