Türkiyə kiçik PUA-lara qarşı təkmilləşdirilmiş "Kapan"la mübarizə aparacaq

 Türkiyə kiçik PUA-lara qarşı təkmilləşdirilmiş
1141     12:19     13 08 2021    
Türkiyənin “Metaksan Savunma” şirkəti mini və mikro ölçüdə olan PUA-lara qarşı mübarizə aparmaq üçün “Kapan” adlı antidron sistemini təkmilləşdirib.

Şirkət sistemi IDEF-21 sərgisində nümayiş etdirəcək.

İlk dəfə 2018-ci ildə istifadəyə verilən sistem kritik infrasturukturun və sərhədlərin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

Şirkət “Kapan”ın alt sistemlərini və komanda-idarəetmə proqramını təkmilləşdirib.

Sistemin istifadə etdiyi FAR-AD radarları yerli resurslarla ətraflı araşdırmalar və istifadəçi ilə həyata keçirilən ciddi sahə sınaqları nəticəsində hazırlanıb.

Radarlar Süni Zəka texnologiyası ilə dəstəklənən xüsusi alqoritmlərdən istifadə edərək PUA-ları aşkarlaya bilir. Bundan başqa “Kapan” aşkarlanan PUA-ların diaqnozu və izlənməsi üçün kamera sistemi, PUA-nı zərərsizləşdirmək üçün “cammer”dən istifadə edir.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar