Cənubi Koreya PUA-lara qumbaraatan quraşdırır

Cənubi Koreya PUA-lara qumbaraatan quraşdırır
724     11:13     07 08 2021    
Cənubi Koreya gələn il qumbaraatan quraşdırılan PUA-ları sınaqdan keçirməyi planlaşdırır.

Bu barədə Cənubi Koreyanın Müdafiə Alınması Proqramı İdarəsi (DAPA) məlumat yayıb.

PUA 6 ədəd qumbaranı 2 kilometr məsafəyə ata biləcək. Hava vasitələri optik və termal görüntü kamerası və lazer diapazonu ilə təchiz edilib.

Boş çəkisi 2 kiloqrama yaxın olan PUA monitorinq və kəşfiyyat aparmaq üçün də istifadə ediləcək.

DAPA, sınaqlardan əvvəl sürətli satınalma prosesi ilə açıqlanmayan sayda "qumbaraatan" və "kiçik modul" PUA əldə edəcəyini bildirib.

Şaquli uçuş və enmə qabiliyyətinə malik PUA-nın operatorları nişan almaq üçün lazer işarələyici ilə təchiz edilmiş elektro-optik/infraqırmızı (EO/IR) sensorlardan istifadə edə bilərlər. Platforma 5 m radiusdakı hədəflərə ardıcıl olaraq (hər iki saniyədə bir) altı əl bombası ata bilər.

Layihə üçün ilkin olaraq 5.8 miyon dollar vəsait ayrılıb.
Strategyvision.org

Teq: Cənubi-Koreya   DAPA  


Oxşar məqalələr
Son əlavə olunanlar