Amerikanın BƏƏ-yə PUA-lar satması yenidən problemlə üzləşir?

 Amerikanın BƏƏ-yə PUA-lar satması yenidən problemlə üzləşir?
1027     15:18     06 08 2021    
ABŞ Hərbi Hava Qüvvələri rəsmiləri Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan MQ-9 “Reaper” PUA-larının və F-35 qırıcılarının satışının hələ tamamlanmadığını bildiriblər.

“Breaking defense” nəşri qeyd edir ki, BƏƏ hökuməti Bayden administrasiyasının silah satışlarına dair yeni araşdırma aparacağından narahatdır. Belə ki, Bayden adminstrasiyası silah satışları prinsiplərində dəyişikliklər etmək niyyətindədir.

“Reuters” agentliyinin məlumatına görə, yeni dəyişikliklə silah ixracatına nəzarət daha sərt olacaq. Adminstrasiya silah ixracatında insan haqlarına daha çox diqqət yetirəcək.

Tramp administrasiyası, xüsusən də Yaxın Şərqdə xarici satışları gücləndirmək üçün silah transferi siyasətini xeyli yumşaltmışdı.

ABŞ-ın sabiq prezidenti Donald Tramp Baydenin andiçməsindən bir neçə saat əvvəl BƏƏ-yə 23 milyard dollar dəyərində 50-yə qədər F-35 təyyarəsi, 18 “Reaper” PUA-sı və sursatların satılması barədə müqavilə imzalayıb. Bayden adminstrasiyası müqavilənin yenidən nəzərdən keçiriləcəyini bildirərək onun icrasını müvəqqəti dayandırmışdı. Aprel ayında satışların bərpa olunacağı qeyd olunurdu.

Müşahidəçilər Konqresdə BƏƏ-yə silahların satılması ilə bağlı narahatlıq olduğunu düşünür.
XMA Header Image
Strategyvision.org

Teq: ABŞ   BƏƏ  


Oxşar məqalələr
Son əlavə olunanlar