Rusiya “Oxotnik” PUA-larının görüntülərini yayımlayıb

Rusiya “Oxotnik” PUA-larının görüntülərini yayımlayıb
1286     14:49     06 08 2021    
Rusiya Müdafiə Nazirliyi Novosibirsk Aviasiya Zavodunun montaj xəttində S-70 “Oxotnik” zərbə PUA-larının yeni prototipinin görüntülərini yayıb.

Rusiya Müdafiə naziri Sergey Şoyqu zavodda PUA-ların montaj xəttinə baxış keçirib.

Rusiya hazırda “Oxotnik” proqramı çərçivəsində S-70 stels qabiliyyətə malik PUA-nın prototiplərinin istehsalı ilə bağlı işləri həyata keçirir.


“Suxoy” Dizayn Bürosu tərəfindən hazırlanan “Oxotnik” zərbə PUA-ları ilk uçuşunu 2019-cu ilin avqust ayında reallaşdırıb. Uçuş operatorun nəzarəti altında 20 dəqiqədən çox davam edib. 2019-cu ilin sentyabr ayında PUA Su-57 döyüş təyyarəsi ilə birlikdə uçuş həyata keçirib. PUA reaktiv mühərrikə malikdir və təxminən 1000 km/saat sürətlə hərəkət edə bilir. Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, PUA elektro-optik, radar və digər növ kəşfiyyat üçün avadanlıqlarla təchiz edilib.

PUA-nın əsas Taktiki-Texniki Xüsusiyyətləri:

Uzunluğu: 14 m;
Qanad açılımı: 19 m;
Döyüş yükü: 6 ton;
Uçuş kütləsi: 25 ton;
Maksimum sürəti: 1400 km/saat;
Praktiki uçuş yüksəkliyi: 18 km;
Uçuş məsafəsi: 6000 km.
Strategyvision.org

Teq: Rusiya   Oxotnik  


Oxşar məqalələr
Son əlavə olunanlar