Türkiyə yeni insansız dəniz platformaları almaq niyyətindədir

 Türkiyə yeni insansız dəniz platformaları almaq niyyətindədir
1526     10:52     06 08 2021    
Türkiyənin Müdafiə Sənayesi Komitəsi iki fərqli tip insansız dəniz platformalarının satın alınması üçün tender elan edib.

Təqdim olunacaq platformaların bəzi taktiki raket sistemi ilə təchiz olunacağı gözlənilir.

Tender bu ayın ortasınadək davam edəcək. Platformanın yerli və milli resurslarla hazırlanması tələb olunur.

Türkiyə mətbuatının məlumatına görə, növbəti mərhələdə 40 ədəd avtonom insansız sualtı platformanın alınması planlaşdırılır.

Qeyd edək ki, Türkiyədə atıq ULAQ adlı avtonom dəniz platformaları inkişaf etdirilib.

ARES gəmiqayırma şirkəti və “Meteksan Savunma” tərəfindən hazırlanan ULAQ saatda 65 kilometr sürətlə 400 kilometrədək məsafə qət edə bilir.

Gecəgörmə qabiliyyətinə malik platformalar kəşfiyyat, nəzarət, müşahidə, zərbə üçün bir çox imkanlara sahibdir.

Yanvar ayında sınaq üçün dənizə endirilən platformalar quru hədəflərini lazerlə idarə olunan “Cirit” raketləri ilə məhv edə bilir.

Türkiyə istehsal prosesi üçün araşdırma və konsepsiya tədqiqatları da daxil olmaqla, ULAQ-ın inkişafına 2018-ci ildə başlayıb. 2020-ci ilə qədər prototip hazırlanıb.

Uzunluğu 11 metr olan gəmi dörd lazerlə idarə olunan “Cirit” raketi və iki lazerlə idarə olunan uzun mənzilli tank əleyhinə raketlə təchiz edilib. Platforma zərbə və müşahidə PUA-ları ilə birgə əməliyyatlarda iştirak edə bilər.

Taktiki-Texniki Xüsusiyyətləri

Ekipaj: 0
Gövdənin uzunluğu: 11 m
Faydalı yükü: 2000 kq
Silah yükləri: UMTAS, L-UMTAS və Cirit raketləri
Maksimum sürət: 65 km / saat
Məsafəsi: 400 km
Rabitə məsafəsi: 200 km
Funksiyaları: Kəşfiyyat, müşahidə, suüstü müharibə, Hava Hücumundan Müdafiə müharibəsi, radioelektron mübarizə, sualtı müharibə
Strategyvision.org

Teq: Türkiyə   ULAQ  


Oxşar məqalələr
Son əlavə olunanlar