Rusiya PUA-ları Yaponiya mühərrikləri ilə uçur
“Shukan Gendai” jurnalında dərc olunan məqalədə qeyd olunur ki, Rusiya da daxil olmaqla, bəzi ölkələr Yaponiyada istehsal olunan mühərrikləri və digər komponentləri zərbə PUA-larına quraşdırmaq üçün mülki məhsullar olaraq alırlar.
Məqalədə qeyd olunur ki, 2016-cı ildə Donbasda qəzaya uğramış Rusiya istehsalı “Orlan-10” kəşfiyyat PUA-sı diqqətlə araşdırılıb. Ekspertlər PUA-nın bütün komponentlərindən Rusiya Federasiyasında yalnız gövdə və radio siqnal qəbuledicisinin yaradıldığını təyin edib. Qalan hər şey müxtəlif ölkələrdən idxal olunub. PUA-ya quraşdırılan FG-40 mühərriki Yaponiya istehsalı idi.
Yapon şirkəti “Saito Seisakusho” tərəfindən istehsal edilən FG-40 mühərriki dünya bazarında çox populyar hesab olunur və ümumiyyətlə radio ilə idarə olunan təyyarə modellərinin istehsalında istifadə olunur. Bunlar Rusiya daxil olmaqla 24 ölkəyə tədarük olunur. Amma şirkətin müştəriləri arasında “Orlan-10” hərbi PUA-ları istehsal edən Rusiya Xüsusi Texnologiyalar Mərkəzi yoxdur.
“Orlan-10” PUA-larına malik kompleks, çətin ərazilərdə obyektlərə nəzarət etməyə imkan verir. Axtarış və xilasetmə əməliyyatları üçün istifadə edilə bilər. Pilotsuz vasitənin yüksək dayanıqlığı səbəbindən çətin hava şəraiti “Orlan-10” kompleksinin istifadəsinə mane olmur. “Orlan-10” PUA-sının hazırlanmasında modul tipli arxitekturadan istifadə edilib ki, bu da avadanlıqların tərkibini çox qısa zamanda dəyişdirməyə və sökülən PUA-nı nəql etməyə imkan verir.
Kompleks Rusiya ordusu tərəfindən 2012-ci ilin sonunda silahlanmaya qəbul edilib. Bu günə qədər ümumilikdə 200-dən çox “Orlan-10” istehsal edilərək qoşunlara təhvil verilib.
Taktiki-Texniki Xüsusiyyətləri
Qanad açılımı: 3.10 m;
Uzunluğu: 1.80 m;
Boş kütləsi: 12.50 kq;
Maksimum qalxma kütləsi: 18 kq;
Mühərrikin növü: daxili yanma;
Kreyser sürəti:100-150 km/saat;
Praktik uçuş məsafəsi: 600 km;
Fəaliyyət radiusu: 50-120 km;
Uçuş müddəti: 10-18 saat;
Praktik uçuş yüksəkliyi: 6000 m.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı