Ukrayna ilk dəfə “Bayraktar TB2”ləri harda və necə nümayiş etdirəcək?
Mərasimdə təkmilləşdirilmiş əsas döyüş tanklarından dünyanın ən böyük yük təyyarəsinə qədər bir çox silah və texnika nümayiş olunacaq.
Məlumata görə, hərbi paradda Türkiyə istehsalı “Bayraktar TB2” zərbə PUA-ları da ilk dəfə nümayiş oluncaq. PUA-ların hərbi maşının üzərində təqdim olunacağı gözlənilir.
Ukrayna 2019-cu ildə hərbi modernizasiya proqramı çərçivəsində Türkiyədən 6 ədəd “Bayraktar TB2” PUA-ları aldığını açıqlayıb. 2020-ci ilin sonlarında Ukrayna daha 6 PUA-nın sifariş verildiyini bildirib.
Qeyd edək ki, artıq Türkiyə və Ukrayna bir müddətdir perspektivli müdafiə əməkdaşlığının sütunlarını qururlar. İki ölkə hazırda PUA müharibəsi, aviasiya mühərrikləri və raket texnologiyası kimi oyun dəyişdirən hərbi sahələrdə əməkdaşlıq edirlər. Ötən ilin 16-17 oktyabr tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında keçirilən zirvədən sonra Türkiyə-Ukrayna strateji əlaqələri Qara dəniz bölgəsində yeni geosiyasi gerçəklik yaratmağa hazır görünür.
Türkiyə ilə Ukrayna arasında ən diqqət çəkən əməkdaşlıq sahəsi Pilotsuz Uçuş Aparatlarıdır (PUA). Türkiyənin yaxın gələcəkdə istismara veriləcək yüksək səviyyəli “Akıncı” zərbə PUA-sı ilk növbədə prototip sınaq uçuşları zamanı Ukraynanın “İvachenko-Progress AI-450T” turboprop mühərrikləri ilə təchiz edilmişdi.
Məşhur “Pantsir ovçusu” hesab olunan “Bayraktar” TB2 PUA-larının istehsalçısı “Baykar” şirkəti tərəfindən istehsal olunan “Akıncı” inkişaf etmiş sensorları, mövcud silah sistemləri, AESA radarları sayəsində Türkiyə ordusunun arsenalında əsl bir sıçrayışa imza atacaq. 2019-cu ildə “Baykar” şirkəti Ukraynanın “Ukrboronprom” dövlət hərbi-texniki şirkətinin üzvü “Ukrspetsexport” ilə Qara Dəniz Qalxanı adlanan ortaq müdafiə müəsisəsi quraraq Ukrayna ilə müdafiə sənayesi əməkdaşlığını artırdı. Qara Dəniz Qalxanı proqramı kosmik mühərriklər və raket texnologiyası da daxil olmaqla ölkələr arasında geniş əməkdaşlığı nəzərdə tutur.
“Ukrainian Defense Review” nəşrinin məlumatına görə, “Baykar” və Ukraynanın hərbi-sənaye kompleksi ümumi çəkisi 5.5 ton (ən azı bir tonu döyüş yükü), sürəti saatda 900 kilomter olan PUA istehsal etməyə hazırlaşırdı. Bu ortaq hədəf üçün inandırıcı həllərdən biri Çexiyanın L-39 “Albatros” təlim təyyarəsi və yüngül hücum təyyarələri də daxil olmaqla müxtəlif platformalara quraşdırılan “İvachenko-Progress” şirkətinin AI-25TLT turbofan mühərriki ola bilər.
Türkiyənin Ukraynaya zərbə tipli “Bayraktar” TB2 PUA-larını satması da diqqətəlayiq məsələdir. “Bayraktar” TB2 effektivliyi döyüşdə sübut edilmiş platformalarından biridir. Onun Suriyadakı ekspedisiyalardan Qarabağda sona çatan Ermənistan-Azərbaycan müharibəsinə qədər uzanan döyüş qabiliyyəti var. “Roketsan” şirkəti tərəfindən istehsal edilən ağıllı mərmilərlə təchiz edilən “Bayraktar” TB2 zirehli döyüş maşınları, əsas döyüş tankları, qoşun konsentrasiyaları, mobil hava hava hücumundan müdafiə sistemləri, artilleriya bölmələri və Qarabağ müharibəsindən də göründüyü kimi mobil ballistik raket atıcı qurğuları da daxil olmaqla geniş hədəflərə qarşı etibarlı həllər təqdim edir.
Türkiyənin xəbər agentlikləri Ukraynanın əvvəlcə bu sistemlərdən 12-sini satın aldığını və qısa müddət sonra 48 PUA-dan ibarət daha böyük paket alacağını bildirib. Daha da əhəmiyyətlisi, Ukrayna təhlükəsizlik qüvvələri qısa müddətdə ölkənin şərqindəki separatçılara qarşı əməliyyatlarında Türkiyə istehsalı olan PUA-lardan istifadə edə bilər. Bu baş verərsə, belə bir inkişaf Türkiyə PUA-larının Rusiya istehsalı olan silahlarla qarşı-qarşıya qaldıqları Liviya, Suriya və Qarabağdan sonra dördüncü cəbhə olacaq. Azərbaycandan sonra inkişaf etmiş PUA-larla üstünlük qazanmaq Kiyevin hərbi qabiliyyətlərini əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı