Amerika Britaniyada nəhəng müdafiə şirkətlərini satın alır

Amerika Britaniyada nəhəng müdafiə şirkətlərini satın alır
1146     12:21     03 08 2021    
ABŞ-ın Pensilvaniya ştatının Klivlend şəhərində yerləşən “Parker Hannifin” şirkəti Britaniyanın “Meggitt” müdafiə və aerokosmik şirkətini satına almağa qərar verib.

ABŞ Britaniyada yerləşən şirkət üçün 8.8 milyard dollar ödəyəcək.

“Meggitt” 2020-ci ildə 2,3 milyard dollar gəlir əldə edib və 9000-ə yaxın insan çalışır. Gəlirlərinin təxminən 46 faizi müdafiə sektorundan əldə edilir.

Böyük Britaniyada xarici şirkətlərin satın alma təklifləri qarşısında yerli şirkətlərin gələcəkdə aerokosmik və müdafiə sektorunda sahib olacağı pay ilə bağlı narahatlıqlar artır. ABŞ son həftələrdə ikinci dəfə Böyük Britaniyanın şirkətini satın alır.

Britaniyada yerləşən “Cobham” adlı müdafiə və aviasiya şirkəti ABŞ-ın “Advent International” şirkəti tərəfindən keçən il 4 milyard funt sterlinqə alınıb. Əldə edilən məlumata görə, “Advent International”ın bir hissəsi olan “Cobham” indi “Ultra Electronics” şirkətini almaq istəyir.

Hava, dəniz və raket platformaları üçün vacib komponent tədarükçüsü olan “Ultra Electronics” hazırda dünyanın ən böyük 83-cü müdafiə sənayesi şirkətidir. “Ultra Electronics” sonar kimi dəniz sistemlərində istifadə olunan avadanlıqlarda da ixtisaslaşıb. “Cobham”ın havadan havaya yanacaq doldurma texnologiyasından bir çox qərb ölkəsinin hava qüvvələri geniş istifadə edir. 4500 nəfərin çalışdığı “Ultra Electronics” və “Cobham” eyni zamanda Britaniya Donanmasının iki yeni təyyarə gəmisində istifadə olunan F-35 və “Eurofighter Typhoon” döyüş təyyarələrinin komponentlərinin tədarükçüsüdür. “Ultra Electronics” Türkiyədə də dəniz platformaları üçün vacib hissələri təmin edir.
Strategyvision.org

Teq: ABŞ   Britaniya  


Oxşar məqalələr
Son əlavə olunanlar