Dubayda keçirilən aviaşouda diqqət çəkən məqamlar - FOTOLAR

 Dubayda keçirilən aviaşouda diqqət çəkən məqamlar -  FOTOLAR
1323     13:44     20 11 2021    
14-18 noyabr tarixlərində Dubayda keçirilən aviaşouda Pilotsuz Uçuş Aparatları (PUA), xüsusilə zərbə tipli PUA-lar xüsusi diqqət çəkib.


Rusiyanın “Kronştadt” şirkəti mövcud silahlarla təchiz olunmuş “Orion” PUA-larını təqdim edib. BƏƏ-nin “Edge Group” müdafiə konqlomeratı kəşfiyyat, müşahidə və nəzarət missiyaları üçün QX-5, həmçinin kəşfiyyat və daşınma üçün QX-6 PUA-larını və “Reach-S” PUA-larını təqdim edib. Səudiyyə Ərəbistanının Qabaqcıl Elektronika Şirkəti sürü imkanları və ISR texnologiyası ilə təmin edilmiş şaquli qalxma və enmə qabiliyyəti olan “Bariq” PUA-sını nümayiş etdirib.

Amerikanın “Kaman Corporation” və “Fortem Technologies” şirkətləri müvafiq olaraq “Kargo” logistika prototipini və antidron missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulmuş PUA-larını təqdim ediblər.


Şou həm kommersiya, həm də müdafiə təyyarələrinə həsr olunsa da, bu ilki sərgi kommersiya təyyarələrinə daha çox meyl göstərib. Bununla belə, sərgidə BƏƏ-də yerləşən “Calidus” şirkəti B-350 və eksperimental B-250, “Embraer” şirkəti A-29 “Super Tucano” və “Textron” şirkəti “Beechcraft AT-6 Wolverine” hərbi təyyarələrini nümayiş etdirdi.

Rusiyanın “Rostex” şirkəti beşinci nəsil döyüş təyyarəsi kimi təsnif etdiyi Su-57 “Checkmate”i təqdim etdi.


Hava şousunda 100-dən çox Amerika şirkətinin, o cümlədən müdafiə nəhəngləri “Lockheed Martin” və “Raytheon Technologies”in eksponatları var idi. Aviaşouda F-35-in prototipi də nümayiş olunurdu.

Sərgidə ilk dəfə iştirak edən İsrailin “Rafael Advanced Defense Systems” şirkəti PUA-ları lazerlərlə aşkar edib məhv edən “Drone Dome”u nümayiş etdirib. Tədbirdə ümumilikdə altı İsrail şirkəti iştirak edib.

Strategyvision.org

Teq: Dubay   Aviaşour  


Oxşar məqalələr
Son əlavə olunanlar