Münaqişə fonunda dünyada raket, bomba bazarı 2030-cu ilə qədər 73% artacaq

Münaqişə fonunda dünyada raket, bomba bazarı 2030-cu ilə qədər 73% artacaq
2236     13:26     06 04 2022    
Rusiya-Ukrayna münaqişəsi fonundan dünyada raket və bombaların qlobal bazarı 10 il ərzində 126 milyard dolları ötəcək ki, bu da 2020-ci il səviyyəsindən təxminən 73 faiz çoxdur.

“Allied Market Research” tədqiqat şirkəti bildirir ki, COVID-19 pandemiyası və səhiyyə böhranını dəstəkləmək üçün vəsaitlərin yenidən bölüşdürülməsi müdafiə sektoruna ciddi təsir göstərib.

Təyyarə və quru raketləri vasitəsilə asanlıqla yerləşdirilə bilən kiçik nüvə başlıqlarına tələbat bu seqmentlərin daha sürətli böyüməsinə təkan verəcəyi proqnozlaşdırılır.

Şimali Amerika 2020-ci ildə qlobal bazarın yarısından çoxuna hakimdir, buna baxmayaraq hesabatda nüvə arsenallarını gücləndirmək üçün ən sürətli artımın Asiya-Sakit Okean regionundan gələcəyi proqnozlaşdırılır.
Strategyvision.org

Teq: Bazar   Bomba  


Oxşar məqalələr
Son əlavə olunanlar