Daha 2 “Anka” Türkiyə HHQ-nin istifadəsində
Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilən bu iki “Anka” yeni nəsil konfiqurasiyasındadır. Yeni nəsilin indiki “Anka-S”dən əsas fərqi qanad profilinin dəyişdirilməsidir.
“Anka-S” 250 kiloqram yükləmə qabiliyyətinə və 24 saat uçuş müddətinə malikdir. Yeni nəsil PUA-lar isə 350 kiloqram yük qaldıra və 30 saat havada qala bilir.
İndiyədək Türkiyə ordusuna 4 ədəd bu yeni nəsil “Anka” PUA-ları təhvil verilib.
ANKA-nın meydana gəlməsi
Daha əvvəl müxtəlif səbəblərdən heç bir irəliləyiş əldə edə bilməyən ANKA ilə bağlı 2012-ci ildə yeni bir addım atıldı. Türkiyənin Müdafiə Sənayesi İdarəsi və Hava Qüvvələri Komandanlığı tərəfindən ANKA-nın əsas konfiqurasiyası olan ANKA-A-nın qəbul sınaqları başladı. Bu dövrdə, xüsusilə Müdafiə Sənayesi İdarəsi tərəfindən atılan addımlar və qəbul etdiyi yol xəritəsi bu gün əldə olunan nailiyyətlərdə böyük rol oynayıb.
25 oktyabr 2013 tarixində Müdafiə Sənayesi İdarəsi Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək 10 ANKA-S PUA-sı üçün daha bir müqavilə imzalayıb. Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin pz resursları ilə Elazığda yerləşdirildi.
ANKA-S ilə yeni bir dövr başladı
ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-B-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib. Elə həmin il ANKA-S sisteminin detallı dizayn mərhələsi başa çatıb və ilk uçuş 2016-cı ilin sentyabr ayında reallaşıb. ANKA-S-in ilk uçuşundan bir ay sonra SNKS-B-nin qəbul prosesi başa çatdı.
ANKA-B 2017-ci ilin mart ayında Jandarma Ümumi Komandanlığının inventarına daxil olub. İyul ayında ANKA-S “Türksat 4B” peyki üzərindən nəzarəti əldə edən Türkiyədənin ilk pilotsuz uçuş aparatı oldu.
ANKA-S layihəsinin ilk tədarükü 1 fevral 2018-ci ildə tamamlanıb. Bu müddətdə Türkiyə Aerokosmik Sənayesi PUA-ları təkcə qabiliyyət baxımından inkişaf etdirməyib, həm sənaye ekosistemini gücləndirb, həm də tapşırıq kompüteri, mühərrik, İFF sistemi, məlumat qeydetmə sistemi və məlumat bağlantısı sistemi kimi bir çox fərqli alt sistemləri də zamanla yerliləşdirib.
Havada dönüş nöqtəsi: “ANKA-AKSUNGUR”
Türkiyə bu müddət ərində pilotsuz uçauş aparatlarından terror əməliyyatlarında çox təsirli şəkildə istifadə etdi, həmçinin son illərdə yaşanan inkişafların fonundan yeni sistemlərdən yeni sahələrdə istifadə etməyə başladı.
Yerli və milli PUA-lar daxili təhlükəsizlik əməliyyatlarında, eləcə də Qara dəniz, Egeydə, Suriyada, İraqda, Şərqi Aralıq dənizində, Liviyada və ehtiyac olan digər yerlərdə Türkiyənin gözü, qulağı oldu və kritik hədəfləri məhv etdi.
Sahədəki müvəffəqiyyət əldə edən layihələr davam edərkən, yerli və milli şəkildə inkişaf etdirilən digər PUA layihələri də bir-birinin ardınca ortaya çıxırdı. Ötən aylarda insansız sistemlər sahəsində Türkiyə daha kritik həddi geridə buraxdı. “ANKA-Aksungur” pilotsuz uçuş aparatı ilk uçuşunu martın 20-də həyata keçirib.
Xidməti məsafəsi 40000 fut olun “ANKA-Aksungur”un yükləmə qabiliyyəti 700 kq-dan çoxdur. Sektor nümayəndələrinə və mütəxəssislərə görə “ANKA-Aksungur” Türkiyənin hava sahəsində yeni bir uğurudur.
Oxşar məqalələr
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə