ABŞ MQ-4C PUA-larını daha da təkmiləşdirir

ABŞ MQ-4C PUA-larını daha da təkmiləşdirir
391     14:43     31 07 2021    
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) təkmilləşdirilmiş sensorlarla təchiz edilmiş MQ-4C “Triton” PUA-larını uğurla sınaqdan keçirib.

ABŞ Hərbi Dəniz Qüvvələri yüksək əməliyyat hündürlüyünə, uzun uçuş müddətinə malik (HALE) PUA-ların kəşfiyyat, müşahidə və nəzarət qabiliyyətini qiymətləndirib.

Hal-hazırda ABŞ və Avstraliya donanmaları tərəfindən istifadə edilən MQ-4C-lər təkmilləşdirilmiş sensorlarla təchiz edilib.

“Northrop Grumman” şirkəti tərəfindən istehsal edilən PUA-lar “Rolls-Royce” şirkəti tərəfindən turbofan mühərriki ilə təchiz olunub və yerüstü stansiyadan dörd nəfər tərəfindən idarə olunur.

MQ-4C-lər P-8 “Poseidon” patrul təyyarəsini müşayiət etmək üçün nəzərdə tutulub.

ABŞ Hərbi Dəniz Qüvvələrinə 172.4 milyon dollar dəyərində iki ədəd MQ-4C PUA-sı tədarük edilib.
Strategyvision.org

Teq: ABŞ   Triton  


Oxşar məqalələr
Son əlavə olunanlar