ABŞ İranın PUA və raket proqramlarından narahatdır - Yeni sanksiyalar gündəmdədir
Amerikanın nüfuzlu “Wall Street Journal” nəşri öz mənbələrinə istinadən yazır ki, İranın dəqiq hücum qabiliyyətinin artması və inkişafı məsələsi ABŞ və bölgədəki müttəfiqlərini narahat edir. Bu çərçivədə İranın PUA proqramlarını və idarə olunan raket qabiliyyətini məhdudlaşdırmaq üçün ABŞ sanksiyalarının ön plana çıxması gözlənilir.
Qərb təhlükəsizlik rəsmilərinə görə, İranın PUA və idarə olunan raketlər sahəsində imkanları bölgənin sabitliyi üçün nüvə zənginləşdirmə və ballistik raket proqramlarından daha ciddi təhlükə yaradır.
Birləşmiş Ştatlar son illərdə İranın raket proqramını hədəf almaq üçün bəzi addımlar atıb. Ancaq ciddi nəticə əldə olunmayıb.
ABŞ rəsmisi nəşrə bildirib ki, İran PUA-ları bölgədəki müttəfiqləri üçün təhlükəyə çevrilməyə başlayır. Son zamanlar birbaşa ABŞ və bölgədəki müttəfiqlərinə qarşı edilən hücumlar qərarın qəbul edilməsində əsas səbəb kimi görülür.
ABŞ rəsmilərinə görə, Vaşinqtonun PUA və raketlərə doğru atdığı addımlar İran siyasətinin ayrı bir qolundadır və nüvə razılaşması ilə bağlı deyil. İran 2015-ci ilin Nüvə Sazişinə qayıtmaq üçün ABŞ-ın raket proqramlarına tətbiq etdiyi bütün sanksiyaları ləğv etməsini istəyir, amma Vaşinqton əksinə bu sanksiyaları daha da genişləndirməyi düşünür.
WSJ-yə danışan səlahiyyətlilər Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra İranın İsfahan şəhərində PUA fabrikinin vurulmasının o zaman dəyərləndirildiyini qeyd edirlər.
İranın bölgədəki ən böyük düşmənlərindən olan Səudiyyə Ərəbistanı son aylarda Tehran tərəfindən dəstəklənən “Husi” qiyamçılarının PUA və qanadlı raket hücumlarına məruz qalır. İsrail rəsmilərinin bildirdiyinə görə, İranın PUA-ları may ayında İsrail və HƏMAS arasındakı qarşıdurmada sonuncu tərəfindən istifadə edilib.
İran ABŞ -ın sanksiyalarına baxmayaraq yerli PUA istehsalında ciddi naliyyətlər əldə etmiş bir ölkədir, lakin PUA-larda istifadə olunan bir çox alt sistem və avadanlıq xaricdən alınıb. Bunlardan ən çox diqqət çəkənləri PUA-da istifadə olunan mühərriklər və mikroelektronik hissələrdir. Bu parçalar qeyri-qanuni yollarla İrana gətirilir.
WSJ-nin məlumatına görə, İranın təchizat şəbəkəsindəki bu kanallar və şirkətlər ABŞ-ın sanksiyalarına məruz qala bilər.
ABŞ rəsmiləri sanksiyaların ABŞ-a diplomatik alternativ olacağını söyləyir, bu, ABŞ və İsrailin İrana məxsus PUA və raket fabriklərinə zərbələrin qarşısını ala bilər. Ancaq problem təkcə İrandakı fabriklərlə məhdudlaşmır. Livandakı “Hizbullah” və Yəməndəki husilər də PUA və idarə olunan raketlər istehsal etmək gücünə malikdir.
İran PUA-larının bəzilərinin 7000 kilometrə qədər məsafə qət edə biləcəyini iddia etsə də, ABŞ və Qərb rəsmiləri İranın iddiasını şişirdilmiş hesab edirlər.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı