200-cü “Bayraktar TB2” səmada

 200-cü “Bayraktar TB2” səmada
1489     10:40     26 07 2021    
Türkiyənin “Baykar Savunma” şirkətinin istehsal etdiyi “Bayraktar TB2” zərbə tipli PUA-larının sayı 200-ə çatıb.

200-cü “Bayraktar TB2”nin istehsalı üçün şirkət işçiləri arasında xüsusi mərasim keçirilib.

“Baykar Savunma” tərəfindən hazırlanan PUA-lar Ukrayna, Qətər və Azərbaycan Silahlı Qüvvələri tərəfindən fəal şəkildə istifadə olunur. Bu hava vasitələri gələn ildən Polşa ordusuna da təqdim ediləcək.

Türkiyə daxilində polis, ordu və Milli Kəşfiyyat Təşkilatı tərəfindən istifadə edilən PUA-lar indiyədək havada ümumilikdə 300 min saat havada qalıb. Hava vasitələri avionik sistemləri və arxitekturası ilə tam avtonom taksi, qalxma, enmə və normal naviqasiya imkanlarına malikdir.
Strategyvision.org

Teq: Türkiyə   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar