Türkiyənin “Kargu” PUA-ları üçün ilk xarici müştəri tapılıb
Bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Demir məlumat verib.
Türkiyənin təhlükəsizlik qüvvələrinin ehtiyacları istiqamətində inkişaf etdirilən və ilk dəfə IDEF-2017 sərgisində təqdim edilən “Kargu” 2018-ci ildə Türkiyə Silahlı Qüvvələri inventarına daxil olub. Döyüş meydanında baş verən dəyişikliklərə uyğun olaraq yenilənən və döyüş meydanında özünü sübut edən “Kargu” bir çox ölkənin diqqətini çəkib. Kvadrakopter tipli PUA ixrac bazarına çıxma üçün fərqli ölkələrdə keçirilən sınaqlarda iştirak edib.
Türkiyənin müdafiə sənayesi rəsmisi bildirib ki, yüksək səviyyəli danışıqlardan sonra “Kargu”nun ixracına dair ilk müqavilə imzalanıb. Sözügedən müqavilə çərçivəsində ixrac olunan hava vasitələrinin çatdırılması 2021-ci ildə başa çatacaq. Şirkət bu günə qədər Türkiyə təhlükəsizlik güclərinə çox sayda “Kargu” təslim edib.
PUA-ların konkret olaraq hansı ölkəyə tədarük edilməsi barədə məlumat verilməyib.
Hərbi qulluqçuların döyüş meydanına girməsindən əvvəl, xüsusilə riskli bölgələrdə təhdidlərin aşkarlanması və zərərsizləşdirilməsi üçün nəzərdə tutulan kvadrakopterlər tək bir hərbçi tərəfindən daşına bilər. Platforma dərin öyrənmə (Deep learning) alqoritmləri ilə sabit və ya hərəkətli hədəflərə qarşı təsirli şəkildə istifadə edilə bilər.
Gecə-gündüz səmərəli işləyə bilən sistem missiyanın ləğvi, evə qayıtmaq və özünü məhv etmək imkanları, yüksək performanslı naviqasiya və idarəetmə alqoritmləri ilə təchiz edilib.
PUA-ların əsas Taktiki-Texniki Xüsusiyyətləri aşağıdakılardır:
Mənzil: 5/10 km
Uçuş müddəti: 30 dəqiqə
Döyüş başlığı: 1,3 kq
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Trump 2.0| Texnologiya nəhəngləri ilə yeni dövr nələr vəd edir? "/>Trump 2.0| Texnologiya nəhəngləri ilə yeni dövr nələr vəd edir?
-
ARKTİKA "/>Soyuq Müharibənin İstiləşən Cəbhəsi: ARKTİKA
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?