Avropa öz PUA-larını inkişaf etdirmək niyyətindədir

Avropa öz PUA-larını inkişaf etdirmək niyyətindədir
777     17:56     17 07 2021    
Avropa İttifaqı (Aİ) həm zərbə, həm də kəşfiyyat tipli PUA-ların istehsalını nəzərdə tutulan “Eurodrone” proqramı üçün 118 milyon dollarlıq qrant ayırıb.

“Defense news” nəşri yazır ki, “Eurodrone” proqramı üçün 7.1 milyard avroluq istehsal müqaviləsi oktyabr ayına qədər imzalana bilər.

Bundan əvvəl Aİ-nin Müdafiə Sənayesi İnkişaf Proqramı “Eurodrone” proqramı üçün 100 milyon avroluq qrant ayırmışdı.

“Eurodrone” proqramı çərçivəsində orta hündürlüklü, uzun müddət havada qala bilən (MALE) PUA-lar hazırlanacaq. Rəsmi adı “European MALE RPAS” olacaq PUA-nın əsas vəzifəsi kəşfiyyat məlumatları toplamaq olacaq.

Cüt mühərrikli müxtəlif təyinatlı PUA-ların hazırlanmasını nəzərdə tutan “Eurodrone” layihəsinin məqsədi Avropanın bu sahədə ABŞ və İsraildən asılılığının azaldılmasıdır. Layihədə Fransa, İtaliya, Almaniya və İspaniya iştirak edir. Prosesə cəlb edilən şirkətlər "Airbus", "Dassault Aviation", "Leonardo" və "Indra" şirkətləridir.

PUA-nın Taktiki-Texniki Xüsusiyyətləri

Faydalı yük: 2.300 kq
Uzunluğu: 16 m
Qanad açılımı: 26 m
Maksimum qalxma çəkisi: 11.000 kq
Kreyser sürəti: 500 km/saat
Əməliyyat hündürlüyü: 13.700 m
Strategyvision.org

Teq: Eurodrone   Avropa  


Oxşar məqalələr
Son əlavə olunanlar