Çin insansız quru, dəniz və hava platformalarında dünya lideri olmaq istəyir - FOTOLAR

Çin insansız quru, dəniz və hava platformalarında dünya lideri olmaq istəyir -  FOTOLAR
2269     17:20     08 07 2021    
Çin Pekində keçirilən sərgidə inkişaf etmiş insansız quru, dəniz və hava platformalarını təqdim edib.

İyulun 7-ə qədər davam edən sərgidə Çin ən yeni ağıllı silah sistemlərini nümayiş etdirib. Sərgi Çin ordusunun “intellektuallaşmasını sürətləndirmək” məqsədi daşıyır.

Nümayiş olunan insansız platformalardan biri dövlətə məxsus “China North Industries Group Corporation” tərəfindən inkişaf etdirilən “Pathbreaker” adlı quru platformasıdır. 1,2 ton ağırlığında olan vasitə 30 km/saat sürətlə işləyir və silahlı kəşfiyyat apara bilir.

Pekində yerləşən “Boya Gongdao” adlı müəssisə tərəfindən müstəqil olaraq inkişaf etdirilən və kiçik köpək balığına bənzəyən “Robo-Shark” adlandırılan avtonom sualtı platforma uzun müddət dənizin altında qalır və yüksək elastikliyə malikdir. Sualtı robot kəşfiyyat, axtarış-xilasetmə, döyüş sahəsinə nəzarət, hidroloji tədqiqat kimi missiyalarda istifadə oluna bilər.

"Beijing Aerospace Zhongfei Technology" şirkəti sərgidə təlim məqsədilə istifadə olunan, döyüş tapşırıqları yerinə yetirə bilən, kəşfiyyat və patrul missiyalarından istifadə oluna bilən müxtəlif sabit və fırlanan qanadlı PUA-lar nümayiş etdirib.


Strategyvision.org

Teq: Çin   İnsansız-sistemlər  


Oxşar məqalələr
Son əlavə olunanlar