Rusiya zərbə tipli “Orion-E” PUA-larını qlobal silah bazarına çıxara biləcəkmi?

Rusiya zərbə tipli “Orion-E” PUA-larını qlobal silah bazarına çıxara biləcəkmi?
655     14:40     02 07 2021    
Rusiyanın “Kronştadt” şirkətlər qrupu “Orion-E” zərbə PUA-larının kütləvi istehsalına başlayacaq.

İxrac üçün nəzərdə tutulan PUA-ların kütləvi istehsalına gələn il başlanılması planlaşdırılır.

Qeyd edək ki, Rusiya beynəlxalq silah bazarında “Orion” PUA-larının zərbə versiyasını tanıtmağa başlayıb. Rusiya rəsmiləri iddia edirlər ki, xarici alıcılar PUA-lara maraq göstərir.

Mənbələr bildirilir ki, kütləvi istehsal prosesi üçün nəzərdə tutulan zavodun bu ilin noyabr atında istifadəyə verilməsi planlaşdırılır.

“Ümumilikdə zavodda təxminən 1500 nəfər işçi tələb olunacaq, onlardan 500-ü yaxın aylarda işə götürülməlidir”, - deyə agentliyin mənbəsi bildirib.

“Orion” uzun müddət havada qala bilən, orta əməliyyat hündürlüyünə malik (MALE) PUA sinfinə məxsusdur. Zərbə versiyası həm sabit, həm də hərəkətdə olan hədəfləri vurmaq üçün nəzərdə tutulub. Hava vasitəsinin uçuş müddəti 24 saata yaxındır. PUA-nın maksimum havaya qalxma çəkisi 1150 kiloqram, maksimum uçuş hündürlüyü isə 7 kilometrdir. “Orion”un döyüş yükü 200 kiloqramdır.

"Orion-E" zərbə PUA-larının Taktiki-Texniki Xüsusiyyətləri:

Ölçüləri (uzunluğu, qanad genişliyi, hündürlüyü): 8 m, 16.3 m, 3.2 m
Maksimum qalxma çəkisi: 1000 kq
Faydalı yük (döyüş yükü): 200 kq,
Radiusu: 250 km
Uçuş müddəti: 24 saat (60 kq yüklə),
Mühərrik gücü (Rotax 914): 115 at gücü
Uçuş hündürlüyü: 7500 m
Sürəti: 120 km/saat
Strategyvision.org

Teq: Rusiya   Orion  


Oxşar məqalələr
Son əlavə olunanlar