Türkiyə yerli döyüş robotlarından atəş sınaqları həyata keçirib - VİDEO

Türkiyə yerli döyüş robotlarından atəş sınaqları həyata keçirib - VİDEO
1497     13:01     28 06 2021    
Türkiyənin müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan orta sinfə məxsus insansız quru vasitələri layihəsi çərçivəsində hazırlanan döyüş robotlarından atəş sınaqları həyata keçirilib.

ASELSAN, “Best Grup”, “Elektroland” və HAVELSAN şirkətləri tərəfindən istehsal olunan robot 7.62 mm kalibrli silahlardan atış edib.

Türkiyə PUA sahəsində çox böyük nailiyyətlər əldə etdiyi kimi insansız dəniz və quru platformalarından bir sıra uğurlar qazanıb.

HAVELSAN şirkəti tərəfindən istehsal edilən “Barkan” robotları uzaqdan idarə edilən silah sistemləri, elektro-optik sensorlar və bir çox rabitə sistemi ilə təchiz edilib. Robotlar PUA-larla birgə fəaliyyət göstərə bilir.


Strategyvision.org

Teq: Türkiyə   Robot  


Oxşar məqalələr
Son əlavə olunanlar