Rusiyanın “Altius” PUA-ları 5 il sonra ilk dəfə zərbə endirdi
Hərbi təlim meydançalarından birində davam edən uçuş sınaqları çərçivəsində PUA yerdəki hədəfləri bombalayıb.
PUA-ların kiçik çaplı bomba və idarə olunan raketlərlə müxtəlif növ hədəflərə zərbə endirə bildiyi qeyd olunur.
“Sokol Altius” “OKB Sokol” (əvvəllər Simonov Dizayn Bürosu kimi tanınırdı) və “Tranzas” şirkətləri tərəfindən Rusiya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarına uyğun kəşfiyyat, zərbə və radioelektron missiyaları həyata keçirmək üçün hazırlanan, çəkisi 5 tona qədər olan orta əməliyyat hündürlüyü və uzun uçuş müddətinə malik Pilotsuz Uçuş Aparatıdır. Proqram 2011-ci ildə başlayıb və indiyədək 3 prototip hazırlanıb.
“Altius” ABŞ istehsalı olan RQ-9 “Reaper” və RQ-4 “Global Hawk” PUA-larının zərbə və kəşfiyyat qabiliyyətləri ilə müqayisə edilir.
Funksiyası: Kəşfiyyat və zərbə tipli PUA, radioelektron mübarizə
İstehsalçı: OKB Sokol
Dizayn qrupu OKB Sokol, Tranzas
İlk uçuş: 2016
Xidmətə daxil olması planlaşdırılır: 2021
Son vəziyyət: Sınaq mərhələsindədir
Əsas istifadəçilər: Rusiya Aerokosmik Qüvvələri
İndiyədək hazırlananların sayı: 3
İnkişafı
“Altius” proqramı 2011-ci ilin oktyabrında Rusiya Müdafiə Nazirliyinin 3 milyard rubl dəyərində müqavilə imzalaması və nümayiş üçün üç versiyanın hazırlanmasından sonra başlayıb. “Altair” adlanan ilk versiya 2014-cü ildə təqdim edilib və ilk dəfə 2016-cı ildə uçub, ikinci versiya “Altius-M” isə ilk dəfə 2017-ci ildə görülüb. Üçüncü versiya, “Altius-U” layihənin son inkişafı hesab olunur və 2019-cu ildə ilk uçuşunu həyata keçirib. PUA-nın 2021-ci ildə xidmətə girməsi gözlənilir.
“Altius”un inkişafı fransız mühərriklərindən istifadə hüququnun itirilməsi kimi praktiki uğursuzluqlar və xərclərin artması səbəbindən bir neçə texniki gecikmə yaşadı, bu da Rusiyanı PUA-lar üçün öz mühərriklərini inkişaf etdirməyə məcbur etdi. İlk öncə “Altius”un 2018-ci ilə qədər tamamilə istismara verilməsi planlaşdırıldı. 2018-ci ilin aprelində PUA-nın inkişafı üçün ayrılan 900 milyon rubl pulu mənimsəməkdə şübhəli bilinən “OKB Sokol”un Baş direktoru Simonov Aleksandr Qomzin həbs edildi.
2019-cu ilin sentyabrında “İzvestiya” nəşri yazır ki, “Altius” Rusiyanın ağır PUA parkının əsasını təşkil edəcək.
Dizaynı
Rusiyanın yeni pilotsuz uçuş aparatı olan “Altius” geniş qanad və V formalı quyruğu ilə klassik aerodinamik sxem üzrə hazırlanıb. Məlumdur ki, “Altius” kompozit konstruksiya materiallarından geniş istifadə edilməklə hazırlanıb. “Altius” Klimov Dizayn Bürosunda hazırlanmış iki yeni VK-800C turboprop mühərrikdən istifadə edir.
Altius” layihəsinin baş dizayneri İlya Matvyev bildirib ki, Rusiyanın “Altius-U” kəşfiyyat və zərbə PUA-ları peyk rabitə terminalı ilə təchiz edilib. O, bunun Rusiya PUA-larında bir ilk olduğunu qeyd edib. Matvyev peyk rabitə sisteminin Rusiyada istehsal edildiyini bildirib. Bu avadanlıq sayəsində PUA peyk vasitəsi ilə idarə oluna biləcək.
Variantlar
“Altair” - İlk nümayiş edilən versiya
“Altius-M” - İkinci nümayiş edilən versiya
“Altius-U” - Üçüncü və sonuncu dəfə nümayiş edilən versiya seriya istehsalı zamanı “Altius” PUA-larının son konstruksiyasını nümayiş etdirir.
“Altius” - Seriya istehsalının son versiyası.
Xüsusiyyətlər
“Altius-U”: Ümumi xüsusiyyətlər
Heyət: 0
Boş çəki: 6.000 kq
Maksimum qalxma çəkisi: 8.000 kq
Faydalı yükü: 1000 kq
Göstəriciləri
Mənzil: 10.000 km
Dözümlülük: 24 saat
Uçuş tavanı: 12,000 m
Silahlanma
Bombalar: Grom-1, Grom-2
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı