Türkiyənin "Alpagu" kamikadze PUA-sı hədəfini dəqiqliklə vura bilib - VİDEO

 Türkiyənin
580     07:41     09 06 2021    
Türkiyənin STM şirkəti tərəfindən inkişaf etdirilən "Alpagu" kamikadze PUA-sı atış sınaqları zamanı hədəfini dəqiqliklə vurmağı bacarıb.

Video Türkiyənin Müdafiə Sənayesi Komitəsi tərəfindən yayılıb

Könhə türk folklorunda "tək başına düşmənə hücum edən igid" mənasını verən ALPAGU ilk dəfə IDEF-2019 sərgisində təqdim edilib. Seriya istehsal versiyası ALPAGU "Block II" zərbə PUA-sı gəzən sursat sinifinə aiddir. Avtonom idarəetməyə malik aparat asimmetrik və ya konvensional müharibədə bir nəfər əsgər tərəfindən nəql edilir. PUA pnevmatik qurğu sayəsində kvadrat konteynerdən buraxılır. Əsas qanadlar və quyruq pərləri buraxılışdan sonra açılır, elektrik mühərriki isə quyruq hissəsində quraşdırılan itələyici mexanizmi hərəkətə gətirir.

ALPAGU "Block II" sabit qanadlı PUA-dan, atıcı və yerüstü idarəetmə qurğularından ibarətdir. Bir çox atıcı qurğunu eyni ərazidə yerləşdirməklə onlardan sürü şəklində istifadə də mümkündür. ALPAGU gəzən sursatlarında MKEK tərəfindən hazırlanan partlayıcılardan istifadə edilir. Onun həm real zamanda orijinal görüntü emalı üçün, həm də dərin təhlil alqoritmləri ilə sabit və hərəkətli hədəflərə qarşı istifadəsi mümkündür.

Operator PUA-nı video kanal vasitəsilə idarə edir. Görüntü emalı alqoritmləri sayəsində ALPAGU avtomobillər və insanlar kimi hərəkətsiz və hərəkətli hədəfləri aşkar və təsnif edə bilir. Burada STM Süni Zəka sahəsindəki zəngin təcrübəsini tətbiq edib. Aparat gecə-gündüz optik kameralarla təchiz edilir.

ALPAGU "Block II" PUA-sı:

- Gündüz və gecə aktiv əməliyyat;
- Avtonom həssas zərbə;
- Koordinat və ya görüntü üzərində seçilən hədəfi izləmə və məhvetmə;
- Hərəkətdə olan hədəfə kilidlənmə;
- Yüksək naviqasiya və nəzarət alqoritmləri;
- Bir nəfər əsgər tərəfindən istifadə;
- Vəzifəni ləğvetmə və ya özünü məhvetmə;
- Təhlükəsiz geri qayıtmaq;
- Yüksək naviqasiya və nəzarət alqoritmləri;
- Təkmilləşdirilən radioelektron mühafizə;
- Milli proqram təminatı;
- Real zamanda obyektlərin aşkarlanması, tanınması, izlənməsi və təsnifatı imkanlarına malikdir.

Taktiki uçuş xüsusiyyətləri

ALPAGU "Block II" zərbə PUA-sının fəaliyyət radiusu 5 km, uçuş müddəti 10 dəqiqə, uçuş yüksəkliyi 121 metr, kreyser sürəti 92 km/saat, maksimum sürəti 120 km/saatdır. "LiPo" batayesı ilə çalışan elektrik mühərikli zərbə vasitəsi 1.9 kq kütləyə malikdir. -20 dərəcədən + 50 dərəcəyədək temperatur diapazonunda çalışa bilir. Bütün sistemin kütləsi 3 kq-dan azdır və buraxılışa hazırlığı bir dəqiqədən az zaman tələb edir. PUA əl qumbarası şəklində MKEK tərəfindən istehsal olunan 500-600 qram döyüş yükü daşıya bilir, bu sursat digər istehsalçıların məhsulu ilə də əvəz edilə bilər.

.
Strategyvision.org

Teq: Türkiyə   Alpagu  


Oxşar məqalələr
Son əlavə olunanlar