Rusiyanın Qarabağ üzrə Yeni Oyun Planı: Putin Azərbaycanın qətiyyətli mövqeyi qarşısında bükülür?
Ölkəsinin İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətindən sonra Paşinyan regionda erməni siyasətini yenidən qurdu. Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üçün addımlar atıldı, ölkəsinin dünya birliyində təcridini aradan qaldırmaq üçün Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələr qurmağa başladı və Qarabağ məsələsini Azərbaycanın daxili problemi kimi tanıdı. Bununla belə, Moskvadan asılılığın nələr gətirdiyini görən Paşinyan Qərblə daha sıx əlaqələr qurmaq üçün Ermənistanı keçmiş imperiya təsirindən azad etmək məqsədi güdür. Paşinyan müttəfiqləri arasında və rəqiblərinin millətçilik meylləri qarşısında Qarabağda qanunsuz məskunlaşmış ermənilərin Ermənistanın boynundan asılan ip olduğu reallığını dərk edərək özünəməxsus praqmatizm nümayiş etdirdi.
Təəssüf ki, Rusiya prezidenti Vladimir Putinin “Valday” klubunda son bəyanatı sülh yolu ilə nizamlanma ümidlərini puç etdi. Valdayda jurnalistlərin sualına cavab verərkən Putin bildirdi ki, bir-biri ilə rəqabət aparan iki sülh planı var: “Azərbaycanın bütövlükdə Qarabağ üzərində suverenliyini” tanıyan Vaşinqton Planı və həm Ermənistanın, həm də Azərbaycanın tələblərini nəzərə alaraq Qarabağın “xüsusi vəziyyəti”ni tanıyan Rusiya Planı. Putin postsovet məkanında çoxsaylı dondurulmuş münaqişələr yaradıb və Qarabağ bunlardan sadəcə biridir. Moskva regionda Rusiyanın aktuallığını saxlamaq üçün Ermənistan-Azərbaycan məsələsini aktiv saxalamağa cəhd edir.
2020-ci il müharibəsində Kreml siyasəti Qafqazda Rusiyanın mövcudluğunu gücləndirmək məqsədilə Moskvanı iki tərəf arasında vasitəçi kimi təqdim etməyə çalışırdı. Putin İrəvanın yalvarışlarına baxmayaraq, Bakı və Ankara ilə birbaşa qarşıdurmadan qaçmaq üçün Ermənistanda Rusiya hərbçilərinin münaqişəyə cəlb edilməsi təzyiqlərinə müqavimət göstərib. Azərbaycan hərbi qələbəsindən sonra Putin Rusiyanın regionda hərbi mövcudluğunu sülhməramlı adı ilə genişləndirdi və özünü vasitəçi kimi (digər postsovet münaqişələrində olduğu kimi) irəli sürdü.
Putinin müdaxiləsi Paşinyanı Ermənistanda incə siyasi mövqeyə sürüklədi, burada daxili siyasi təzyiqlər baş nazirə Qarabağ məsələsini ölkəsinin tarixi kimliyinin ayrılmaz hissəsi kimi tanımaqdan hər hansı imtinanın onun satqın damğası alması riskini doğuracağını açıq şəkildə xatırladıb. Paşinyan isə öz növbəsində Putinin Valday çıxışında nəzərdə tutulan məqsədlərə əməl edəcəyinə söz verib. Bu planda Rusiya həm Ermənistan, həm də Azərbaycan üçün müvafiq olaraq etimad quruculuğu tədbirlərini, o cümlədən iki ölkə arasında ticarət və nəqliyyatın genişləndirilməsini vurğulayır. Putin Ermənistanı maraqlarını müdafiə edəcəyi strateji müttəfiq kimi təsvir etsə də, tarixi həqiqət göstərir ki, Rusiya heç vaxt müstəqil və firavan Ermənistan arzulamayıb.
ABŞ Dövlət Departamenti Putinin danışıqları pozmaq üçün dezinformasiya yaymaq cəhdini rədd edib. Putinin çıxışı bir məqsədə xidmət edirdi: münaqişəni davam etdirmək və hər iki ölkəni Rusiyadan asılı vəziyyətə salmaq və özünün vasitəçilik səylərini davam etdirmək. Bu işdə vasitəçi kimi çıxış edən Avropa İttifaqı (Aİ) ilə iki ölkə arasında reallaşan sülh hərəkatından təşvişə düşən Putin münasibətlərin normallaşmasının həm Ermənistan-Azərbaycan münaqişəsinin, həm də Rusiyanın Cənubi Qafqazda çoxəsrlik mövcudluğunun sonu demək olacağı qənaətinə gəlib.
2022-ci il oktyabrın 31-də Ermənistan, Azərbaycan və Rusiya liderləri Soçidə görüşdülər. Görüşdən sonra Paşinyan regionda sülhün bərqərar olması ilə bağlı “Rus və qeyri-rus konsepsiyası var” deyə qısa açıqlama verib. Bu, onun Putinin tövsiyələri ilə barışdığı anlamına gəlirdi. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib ki, “Qarabağın statusunu gələcək nəsillər həll etməlidir..”. Paşinyan bununla da Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının növbəti on beş-iyirmi il müddətinə uzadılması təklifini qəbul edib. Bu, Rusiya sülhməramlılarının Qarabağda yalnız 2025-ci ilə qədər qalmalı olduğu 2020-ci ildə imzalanmış atəşkəs razılaşmasından fərqli baxış idi. Bu, Rusiyanın Qarabağ böhranında arbitr kimi hegemonluğunu saxlamaq və ona üstünlük verməsi üçün səylərinin yalnız bu istiqamətdə cəmləşməsinin bariz göstəricisi idi.
Azərbaycan prezidenti İlham Əliyev qeyd-şərtsiz mövqeyindən dönməyib: “Qarabağ münaqişəsi artıq tarixdir. İki il əvvəl həll olundu, ona görə də praktiki olaraq müzakirə ediləcək heç nə qalmayıb”. İlham Əliyev iki ölkə arasında ikitərəfli diplomatik münasibətlərin normallaşdırılmasına, ticarət yollarının və nəqliyyat vasitələrinin yaradılmasına, Cənubi Qafqazın regional sülh və firavanlıq adasına çevrilməsinə əsaslanan sülh müqaviləsində təkid edir.
Azərbaycanın mövqeyi beynəlxalq hüququn aliliyini vurğulayan və Rusiya qoşunlarının mövcudluğunu rədd edən Qərbin mövqeyi ilə uyğunlaşır. İlham Əliyevin Qarabağ məsələsi ilə bağlı hər hansı xarici müdaxiləçilərlə müzakirələrdən imtina etməsi Rusiyanın bölgəyə müdaxiləsinə son qoymaq istəyindən xəbər verir. 30 ilə yaxın Ermənistanın işğalı altında olan Qarabağda Azərbaycanın şəhər və kəndlərinin dağıdılmasından sonra münaqişəni həll etmək üçün barmaqlarını belə qaldırmayan böyük dövlətlərin qulaqbatırıcı susqunluğu ilə İlham Əliyev daha ehtiyatlı davranıb.
Azərbaycan, həmçinin erməni azlığının keçmişdə qalmış irredentist iddialarına qarşı hərbi müdafiə üçün vəsait sərf etmək istəmir, bu vəsait Azərbaycan iqtisadiyyatının gücləndirilməsinə sərf oluna bilər. Alternativ olaraq İlham Əliyev Azərbaycan dövləti tərəfindən ermənilərə bərabərhüquqlu Azərbaycan vətəndaşları olmağı təklif etməklə münaqişənin həllini təklif edib. Moskvanın Qarabağ erməniləri üçün hansısa formada siyasi və ərazi muxtariyyətində israr etməsinin səbəbini başa düşmək asandır: o, öz imici və hərbi məqsədləri üçün geosiyasi narahatlıqları manipulyasiya etmək istəyir.
Həmçinin elə ermənilər də var ki, problemi həll olunmuş hesab edirlər və son təfərrüatları Rusiya, Azərbaycan və Qarabağda yaşayan ermənilərə verməyi üstün tuturlar. Bu ermənilər bunu Ermənistan dövlətini “Böyük Ermənistan” yaratmaq kimi mənasız məqsəd və ya “Hay Dat” ideologiyası uğrunda qıt resursları israf edən Qarabağ klanının caynağından azad etmək üçün böyük fürsət hesab edirlər.
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı