PUA müharibələri: Onlara qarşı əks-tədbirlər üzərində görülən işlər
Zərbə tipli PUA-lar Qarabağda Azərbaycan və Ermənistan arasında baş verən müharibədə geniş miqyasda istifadə edildi və Səudiyyə Ərəbistanı, Yəmən və Liviya üzərində uçuşlar həyata keçirib, zərbələr endirdi.
Səudiyyə Ərəbistanının paytaxtı üzərindəki səmalarda raket və ya PUA-ların ələ keçirilməsindən sonra Ər-Riyada onlara qarşı maraq daha da artmış ola bilər. Bu hava hücumları Yəməndəki “Husi” qiyamçıları tərəfindən həyata keçirilib.
Zərbə tipli taktiki PUA bazarı bu gün dayanmadan uğurla inkişaf edir. “The Guardian” nəşrinin 29 dekabr tarixli xəbərinə görə, Türkiyə istehsalı TB2 PUA-larının erməni qüvvələrinə qarşı istifadəsi Britaniyanın da oxşar silah əldə etmək marağına səbəb olub.
Bu tip PUA-lar ənənəvi hava hücumundan müdafiə istemlərindən yayınmağı bacarır, çünki köhnə hərbi radarlar tərəfindən aşkarlanmayacaq qədər yavaş və çox aşağı hündürlükdə uçur və döyüş təyyarələrini, gələn raketləri və digər havadan gələn təhdidləri vurmaq üçün hazırlanmış mərmi və raketlərdən qaça bilir. Bu kimi xüsusiyyətlər taktiki PUA-nı aşkarlamaq, müəyyənləşdirmək və zərərsizləşdirmək üçün əks tədbirlərə potensial tələbi artırır. Əl bombası daşıyan mini və mikro PUA-lar var ki, bunların istifadəsi get-gedə artır və bunlara qarşı əks-tədbirlər oldquca labüddür.
Öyrəniləcək dərslər
Avropa Xarici Münasibətlər Şurası adlı düşüncə mərkəzi 24 Noyabr tarixli araşdırmasında qeyd edir ki, Azərbaycan-Ermənistan münaqişəsində taktiki PUA-lardan kritik istifadə edilməsdindən Avropanın dərs alması lazımdır.
Azərbaycan qüvvələri PUA-lardan istifadə edərək Ermənistan silahlı qüvvələrini aşkarlayıb və onlara ağır zərbələr endirib.
Ermənistan 1980-ci illərdə ruslar tərəfindən hazırlanan əsasən üç HHM sistemi ilə, yəni S-300PT, PS və 9K37M Buk-M1 ilə silahlanıb.
Düşüncə mərkəzinin məqaləsində deyilir ki, raketlər hələ güclü olsa da, sensorları sürətli hərəkət edən qırıcları aşkarlamaq, müəyyənləşdirmək və izləmək üçün hazırlanıb və kiçik, yavaş PUA-ları aşkarlaya bilmir.
Bu raketlər müasir idi, lakin ermənilərdə radarların inteqrasiya edilməsi məsələsi həll edilməyib, yəni “ümumi vəziyyət barədə hesabat” vermək üçün fərqli radarlardan xammal məlumatları toplayaraq birləşdirə bilmirlər.
Radar şəbəkəsinin olmaması, Ermənistan silahlı qüvvələrinin inkişaf etmiş PUA-ları və ya stels qabiliyyətə malik döyüş təyyarələrini aşkarlayaraq izləyə bilməməsi demək idi. Ermənilər, həmçinin Azərbaycan PUA-larının yerüstü nəzarət sistemləri ilə əlaqəsini kəsəcək vasitələrdən də istifadə edə bilmədi.
Məqalədə deyilir ki, döyüşlərin yalnız son günlərində Rusiya qüvvələri “Krasuxa” və ya “Belladonna” adlanan radioelektron müharibə (REM) vasitəsindən istifadə etdi, amma artıq gec idi. Azərbaycan zərbə tipli PUA “Bayraktar”lardan başqa, İsrail Aerokosmik Sənayesi şirkəti tərəfindən istehsal edilən “Harop” kamikadze PUA-larını da döyüş meydanında yerləşdirmişdi. “Düşünən döyüş sursatı” kimi tanınan “Harop” fürsətçi zərbə gözləyərək, yerüstü stansiyaya, komanda və idarəetmə bağlantısına ehtiyac duymadan döyüş bölgəsi üzərində uça bilir.
Görünüş budur ki, regional güclər İsrail, Cənubi Afrika və Türkiyə, eləcə də böyük güclər Çin, Rusiya və ABŞ süni zəka və ölümcül avtonom silah sistemləri inkişaf etdirmək üçün Azərbaycan əməliyyatlarından dərs alacaqlar.
Hərbi zəfər Azərbaycana Qarabağa nəzarəti və Ermənistanın bölgədən geri çəkilməsini təmin etdi.
Qafqaz münaqişəsində istifadə olunan ucuz Türkiyə PUA-ları Britaniyanın da oxşar vasitələr almaq marağına səbəb oldu. Belə bir satın alma önümüzdəki aylarda açıqlanacağı beş illik müdafiə araşdırmasında ola bilər.
Britaniyanın müdafiə naziri Ben Uallas dekabr ayında Türkiyənin TB2 PUA-larının digər ölkələrə necə “yol göstərdiyini” söylədi. O, bu PUA-ların yüzlərlə zirehli maşını və hətta hava hücumundan müdafiə sistemlərini məhv etdiyini bildirdi. PUA-ların Qarabağda bir çox hərbi qulluqçunu məhv etdiyini göstərən video dəlillər də var idi.
TB2 PUA-larının bir vahidinin 1-2 milyon dollar dəyərində olduğu deyilir. Bu Britaniyanın “General Atomics” şirkətindən aldığı 20 milyon dollarlıq “Protector” PUA-larından dəfələrlə azdır.
PUA müharibələri
BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi olan Qassan Salame sentyabrın 25-də bildirdi ki, Liviya səmaları bəlkə də indi dünyanın ən böyük PUA müharibəsi teatrıdır. Vətəndaş müharibəsinin getdiyi ölkədə hər iki tərəfin ağır və ölümcül zərbə PUA-ları var. PUA hücumları nəticəsində 120 mindən artıq şəxs qaçqın düşüb.
Bir tərəfdə feldmarşal Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusu BƏƏ tərəfindən Çin istehsalı zərbə tipli “Wing Loong” PUA-ları ilə təchiz edilib. Liviyanın BMT tərəfindən tanınan Milli Razılaşma Hökuməti isə qanuni əsaslarla Türkiyə tərəfindən TB2 PUA-ları ilə təmin olunub. Ankara hökuməti dəstəkləmək və Tripolini ələ keçirmək istəyən Həftər qüvvələrinin qarşısını almaq üçün TB2-lər yerləşdirdi. Hücumlarda Türkiyə qurudakı hədəflərə zərbələr endirdi, artilleriya qoşunları üçün koordinatlar ötürdü.
Bəziləri düşünür ki, Türkiyənin PUA sahəsindəki yeniliklərinin kökləri Avropada orta əməliyyat hündürlüyünə və uzun müddət havada qalma qabiliyyətinə malik PUA istehal etmək üçün başladılan “Airbus”un “Talarion” layihəsinə gedib çıxır. Layihənin ləğv edilməsindən sonra orada iştirak edən və PUA-ların istehsalında ciddi təcrübə əldə edən mühəndislər Türkiyəyə geri çağrıldı.
Yəməndə “Husi” qiyamçıları da Ədəndəki hökumətə və Səudiyyə Ərəbistanına zərbə vurmaq üçün bomba yüklü PUA-lardan istifadə edir. Səudiyyə Ərəbistanı hava təhdidlərinə qarşı silahlar, “Patriot”, “Hawk”, “Crotale” və “Shahine” kimi hava hücumundan müdafiə sistemləri istifadə edir. 2019-cu ilin sentyabrında hava hücumundan müdafiə sistemləri “Aramco”nun neft mədələrinə hücum edən qanadlı raketləri və PUA-ları zərərsizləşdirə bilmədi və bir gündə Səudiyyənin neft hasilatının yarısını dayandırıldı. Bu hadisədən sonra PUA-lara qarşı mübarizə tədbirlərinə maraq olduqca artıb.
Dünya PUA-lara qarşı əks-tədbir axtarışında
Fransa və Almaniyadan başqa Avropanın PUA-lara qarşı mübarizə aparma qabiliyyəti elə də güclü deyil. PUA-ları aşkarlamaq, müəyyənləşdirmək və zərərsizləşdirmək üçün radar, idarəetmə sistemləri və silahlar olmalıdır. Peyklər də PUA-lara qarşı mübarizədə faydalı ola bilər.
Almaniyanın “Hensoldt” elektron şirkəti 2020-ci ilin iyul ayında bildirdi ki, Almaniya ordusuna PUA-lara qarşı mübarizə sistemləri hazırlaması üçün “Kongsberg Defence & Aerospace” şirkətinə 10 ədəd “Spexer 2000” adlı 3D radarları təqdim edib. “Spexer” radarları uzaqdan idarəolunan döyüş modulları ilə birlikdə “Boxer” zirehli döyüş maşınlarına da quraşdırlıb. Sistem 2023-cü il üçün çox yüksək hazırlıqlı ortaq işçi qrupu üçün NATO-nun tələblərini qarşılayacaq.
Fransanın qərbindəki Ile Lonquedə nüvə ballistik raketləri daşıyan sualtı qayıqların da yerləşdiyi yüksək səviyyədə qorunan dəniz bazasında da PUA-lar aşkarlaya biləcək radarlar mövcuddur.
Avropalı raket istehsalçısı olan MBDA şirkəti 6 noyabr 2019 tarixində 15 xarici nümayəndə heyətinə “Licorne” komanda-idarəetmə sisteminin PUA-lara qarşı qabiliyyətini nümayiş etdirdi. Sistem hava təhdidlərinə qarşı “Mistral” raketlərindən istifadə edir.
“Communications & Systèmes” adlı sistem inteqrasiyası ilə məşğul olan şirkət də Fransa ordusuna “Arlad” adlı PUA əleyhinə iki sistem təqdim edib. Bu texnologiya Malidəki əməliyyat kimi ordu bazalarını və səyyar yerləşdirmələri qoruya biləcək qabiliyyətə malikdir. Sistem sınaqlar zamanı ilk olaraq ənənəvi 12.7 mm-lik pulemyotlardan istifadə edib. Daha sonradan sistem 40 mm-lik “ağıllı döyüş sursatları”ndan istifadə edərək hədəfləri məhv etməyi bacardı. Uğurlu sınaqdan sonra layihəyə dövlət tərəfindən ayrılan vəsait artırıldı. Şirkət PUA-lara qarşı mübarizədə İsveçin “Saab” şirkəti tərəfindən hazırlanan “Giraffe” radarlarından da istifadə etməyi planlaşdırır.
Şirkət bundan başqa PUA-lar ələ keçirmək, sıradan çıxarmaq və ya partlatmaq üçün 15 kq faydalı yük daşıyan PUA-ları da sınaqdan keçirib. “Communications & Systèmes” 2018-ci ildə “Boreades” sisteminə əsaslanaraq Fransız silahlı qüvvələrinə 30 REM vasitəsi ilə 18 “Milad” dron əleyhinə sistemi təhvil verdi. Şirkət hazırda müxtəlif PUA-ları izləmək və zərərsizləşdirmək üçün ümumi komanda-idarəetmə sistemi üzərində işləyir. Bu sistem bir neçə PUA-nı izləmək və zərərsizləşdirmək üçün qarşılıqlı fəaliyyət göstərəcək bir neçə radar və digər cihazları özündə birləşdirəcək.
PUA-lara qarşı digər bir vasitə onun siqnallarını pozmaq üçün yüksək güclü elektromaqnit və mikrodalğalı silahlardır. Radioelektron əks tədbirlər PUA-nı sıradan çıxarmaq üçün GPS-in öz-özünə yerləşməsinə mane olmaq və uçuşunu istiqamətləndirmək üçün istifadə edilə bilər. Süni zəkanın komanda-nəzarət isteminə qoşulması, aşkarlanması, identifikasiyası və təsnifatını daha dəqiqləşdirmək üçün işlər görülür. Əsas problem “Parrot” və “Quad” kimi mikro və mini PUA-ların aşkarlanması ilə bağlıdır.
PUA-lara qarşı lazer silahları inkişaf mərhələsindədir
Dünyanın bir neçə ölkəsində PUA-lara qarşı mübarizə tədbirləri çərçivəsində lazer silahları hazırlanır. Fransanın “Ariane” kosmik raket qrupuna daxil olan “Cilas” şirkəti HELM-P adlı lazer silahını ölkənin cənub-qərbində yerləşən raket bazasında sınaqdan keçirib. Şirkət rəsmisi bildirib ki, ilk nəticələr ümidvericidir. Açıqlamada bildirilir ki, lazerin raketlərə, artilleriya və minaatan mərmilərinə qarşı mübarizədə də istifadə edilməsi nəzərdə keçirilir
“Cilas” güclü lazer silahı üçün üç illik 5.4 milyon avroluq bir araşdırmada 16 nəfərlik TALOS (Tactical Advanced Laser Optik System) konsorsiumuna rəhbərlik edir. Avropa Müdafiə Agentliyi bu tədqiqat layihəsini, silahın inkişafına yönəlmiş bir addımı dəstəkləyir.
MBDA şirkətinin də Almaniya üçün üç lazer silahı layihəsi üzərində işlədiyi bildirilir. Şirkət ortağı olan “Rheinmetall” şirkəti ilə lazer silahı prototipi hazırlamaq üçün Almaniya hökumətidən vəsait alıb. Bildirilir ki, 10 milyon avro dəyərində olan müqavilə çərçivəsində “Rheinmetall” lazer və MBDA isə izləmə, operator konsolu və lazeri komandanlıq və idarəetmə sistemi təmin edəcək. Prototipin gələn il F124 “Sachsen” freqatında sınaqdan keçirilməsi nəzərdə tutulur.
İkinci layihədə MBDA Londonda “2017 DSEI” ticarət sərgisində Britaniyanın şüa silah qülləsini nümayiş etdirən “Dragonflyer” konsorsiumuna rəhbərlik edir. Bu araşdırma 30 milyon funt sterlinq (41 milyon dollar) dəyərindədir və konsorsiuma “Arke”, “BAE Systems”, “GKN, Leonardo”, “Marshall”, MBDA və “Qinetiq” daxildir. MBDA, həmçinin TALOS tədqiqatında iştirak edir.
PUA təhlükəsi “ForceShield” adlanan müasir hava hücumundan müdafiə sisteminin ixracat satışını artırdı. Bu barədə “Thales”in inteqrasiya olunmuş hava məkanını qoruma sistemləri strategiyası direktoru məlumat verib. O qeyd edib ki, NATO müttəfiqləri arasında bu sistemlərə olduqca ciddi tələb var.
Britaniya əvvəlcə “Starstreak” raketləri, daha sonra yüngül çoxməqsədli raketləri ilə silahlanmış sistemi idarə edir. Müştəriləri silahı “Ground Master 200” radarı və komanda-idarəetmə sistemi ilə birlikdə alıblar. Radar 50-100 km nominal məsafədə taktiki PUA-ları aşkarlaya bilir, daha kiçikləri isə PUA-ları15-20 km nominal məsafədə aşkar edilə bilər.
Fransa donanmasının inşa edilən dörd köməkçi gəmisi 40 mm-lik “RapidFire” silahları ilə təchiz ediləcək, silah PUA-ları zərərsizləşdirmək üçün nəzərdə tutulub. İlk gəmi gələn il təhvil verilməli, 2023-cü ildə xidmətə girməlidir. “Thales” şirkəti 2013-cü ildə “RapidFire” silahlarının quru əsaslı modifikasiyasını nümayiş etdirib. Silah “BAE Systems” və Britaniya-Fransanın ortaq təşəbbüsü olan CTAI tərəfindən təmin edilir.
Bir sıra texnologiyalara sahib açıq şəkildə PUA əleyhinə silahların bazarı var. Məsələ hansı yanaşmanın ən praktik olduğudır.
Aerokosmik müdafiə sahəsində ixtisaslaşmış araşdırma mərkəzi olan “Onera”nın PUA proqramının direktoru Henry de Plinval deyir ki, texnologiyanın bəzi məhdudiyyətləri var: “Texnologiya sehrli deyil.”. Mərkəz bu ilin sonunadək inkişaf etdirilməkdə olan PUA əleyhinə tədbirlərin texnologiyası və əməliyyat aspektlərinə dair iki illik tədqiqatını tamamlamağı gözlədiyini söylədi. Tədqiqat texnologiyanın hüdudlarına dair ekspert rəyini vermək, hökuməti və sənayeni əks tədbirlər üçün doğru istiqamətə yönəltməyi hədəfləyir. Məqsəd “daha dəqiq” olmaqdır.
PUA-ların aşkarlanması üçün aparılan tədqiqatlarda “Onera” qeyd edir ki, onları aşkar etmək üçün televizorda olan elektromaqnit siqnallarının ümumi fonundan istifadə edərək passiv radar üzərində işlər gedir. Obyektin quş və ya ağac deyil, hərbi PUA olduğunu təsdiqləyən müəyyənləşdirmə işləri aparılır. Buraya lazer görüntüləmə və “bir neçə kilometr” məsafədəki hədəflərin 3D identifikasiyası üçün genişləndirmə (LIDAR) üzrə inkişaf etmiş tədqiqatlar daxildir.
PUA-nı “zərərsizləşdirmək” üçün ənənəvi GPS siqnallarını kəsən cihazlar var, ancaq GPS-də hava yollarının asılı olduğu ciddi qaydalar var. Daha mürəkkəb bir yanaşma PUA-ları səhv yerə yönləndirmək üçün GPS siqnallarına müdaxilədir. açıq yerlərdə “kinetik” zərbənin yaxşı, ancaq şəhər döyüşlərində istifadəsinin daha çətin olduğu məlumdur. Alternativ tədbirlərə ehtiyac var. Həmçinin bu texnologiyanın da zamana ehtiyacı var.
Aralıq dənizi üzərində PUA-lar?
Şərqi Aralıq dənizində ərazi iddiaları ilə əlaqədar Yunanıstan ilə Türkiyə arasındakı gərginlik PUA-lar üçün marketinq fürsəti təqdim edir. Yunanıstanın “Semafor” adı verilən quru və dəniz nəzarət proyektinə potensial maraq göstərdiyi bildirilir. Bu sistem sərhəd nəzarəti və dəniz üzərində uçan mini PUA hesab oluna bilər. Hər biri səkkiz saat uçan dörd PUA Şərqi Aralıq dənizi üzərində 24 saat nəzarət həyata keçirə bilər.
Yunanıstan və Türkiyə Ankaranın neft və qaz ehtiyatları axtardığı Aralıq dənizinin bu hissəsindəki müstəsna iqtisadi bölgə iddiaları ilə əlaqədar mübahisə edir. Afina Ankara ilə yaşanan gərginlik fonunda 2.5 milyard avro (3 milyard dollar) dəyərində 18 ədəd “Rafale” döyüş təyyarəsi və raket sifariş verib.
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı