Moskva Ukraynadakı müharibə ilə Baltikyanı ölkələrdə parçalanma yaradır?
Rusların nisbətən az olduğunu nəzərə alaraq, müstəqil Litva 1991-ci ildə bütün daimi sakinlərinə tam vətəndaşlıq təklif etdi. Estoniya və Latviya fərqli addım atdılar, yalnız yerli dilləri öyrənə bilən ruslar vətəndaşlıq aldılar, qalanları “vətəndaş olmayanlar” kateqoriyasına düşdü. Ancaq bu gün əhalinin yalnız 5-6 faizi bu statusu qoruyub saxlayır. Həmin şəxslərin çoxu “qeyri-vətəndaş” pasportunu ona görə saxlamağa üstünlük verir ki, bu, onlara həm Avropa İttifaqının qalan hissəsinə, həm də Rusiya Federasiyasına vizasız giriş imkanı verir.
Buna baxmayaraq, son 30 il ərzində rus azlığının Estoniya və Latviya cəmiyyətinə inteqrasiyası prosesi durmadan artıb və bəzən yerli etnik ruslar hətta yüksək siyasi mövqelər əldə ediblər. Məsələn, 2009-2019-cu illər arasında Nil Uşakov iki dəfə Latviyanın paytaxtı Riqanın meri seçilib. Bir çox yerli ruslar gələcək təhsillərini və karyeralarını asanlaşdırmaq üçün övladlarını rusdilli məktəbə yox, Estoniya və Latviyanın yerli dillərində olan məktəblərinə göndərməyə üstünlük verirlər. Odur ki, Baltikyanı ölkələrdə artıq etnik parçalanma deyil, nəsillər arası parçalanma var. Baltikyanı ölkələrdəki rus gəncləri özlərini daha çox “avropalı” hiss edir və gündəlik xəbərləri oxumaq üçün internetdən istifadə edirlər. Yaşlı nəsil televiziyaya öyrəşib, onlar əsasən Rusiya kanallarına baxırlar və buna görə də Kremlin təbliğatının güclü təsiri altındadırlar.
Mart ayında Latviyada Rusiya-Ukrayna müharibəsinə münasibətlə bağlı keçirilən sorğu kifayət qədər vacib məqamları göstərir. Bütün etnik latviyalıların 90 faizi Ukraynanı dəstəklədiyini bildiribsə, rusiyalı respondentlərin rəyi demək olar ki, yarıya bölünüb: onların 22 faizi (əsasən gənclər) münaqişədə Ukraynanı, 21 faizi isə Rusiyanı dəstəkləyib; qalanlar neytral qalmağa üstünlük veriblər.
Öz ölkəsindəki belə bir parçalanmanın öhdəsindən gəlməyə çalışan Estoniya prezidenti Alar Karis fevralın 26-da Tallində keçirilən müharibə əleyhinə mitinqdə dedi ki, bu, rus xalqının Ukraynaya və ukraynalılara qarşı müharibəsi deyil, bu, azadlıqdan və demokratiyadan qorxan prezident Putinin müharibəsidir.
Təxminən yarısı etnik ruslardan ibarət Estoniya Mərkəzi Partiyasının rəhbərlik etdiyi Tallin Şəhər Assambleyasının bəyanatı da vacib göstəricidir: “Tallin şəhəri Rusiya Federasiyasının Ukraynaya Belarusun köməyi ilə qeyri-qanuni hərbi müdaxiləsini kəskin şəkildə pisləyir. Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar sülhə qarşı cinayətdir və insan hüquqlarına, beynəlxalq müqavilələrə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə ziddir... Estoniya dövləti və vətəndaş birlikləri ilə əməkdaşlıq edərək, müharibə qaçqınlarına yardım göstəririk”.
Aprelin 5-də Estoniya Rusiya ilə həmsərhəd Narva şəhərindəki Rusiya konsulluğunun bağlandığını elan edib. Bu yaxınlarda bu konsulluq aqressiv müharibə tərəfdarı simvolların – bayraqların və “Z” hərfi ilə döş nişanlarının təbliğat və hətta yayılması mərkəzinə çevrilmişdi. Latviya hökuməti də eyni addımı atdı və etnik rusların əhalinin təxminən yarısını təşkil etdiyi Dauqavpils bölgəsindəki Rusiya konsulluğunu bağladı.
Baltikyanı ölkələrin hakimiyyət orqanları bir tərəfdən təcavüzkar Rusiya dövləti ilə digər tərəfdən etnik ruslar arasında fərq qoymağa çalışırlar. Məsələn, Latviya müharibəni və Putin rejimini tənqid edən, Avropaya qaçan və media orqanlarının bağlandığını və ya cinayət təqibi ilə hədələndiyini görən müstəqil rus jurnalistlərə yardım göstərmək üçün addım atdı. Həqiqətən də, Riqa indi azad rusdilli medianın qlobal mərkəzlərindən birinə çevrilir.
Baltikyanı ölkələrdəki rusların əksəriyyəti özlərini pravoslav kilsəsi ilə eyniləşdirdikləri üçün orada kilsənin demarkasiyası özlüyündə illüstrativdir. Rus Pravoslav Kilsəsinin Moskva rəhbərliyi ilə üç Baltikyanı ölkədəki yeparxiyaları arasında kəskin ideoloji parçalanma yaranıb.
Aprelin 3-də, Kiyevətrafı Buçada rus əsgərləri tərəfindən törədilmiş müharibə vəhşiliklərinin görüntüləri yayıldıqdan bir gün sonra Patriarx Kirill Rusiya Silahlı Qüvvələrinin Baş Katedralində ibadət mərasimi keçirdi və ordunun “qüdrətini” artırmaq üçün dualar oxumağa çağırdı. Bunun əksinə olaraq, Baltikyanı Pravoslav Kilsələrinin hər üç abbatı, yurisdiksiyaya görə Kirillə tabe olsalar da, kökündən fərqli fikirlər ifadə edirdilər. Tallin və Bütün Estoniya mitropoliti Eugene müharibəni dərhal dayandırmağa və qaçqınlara hər cür kömək etməyə çağırdı. Riqa və Bütün Latviya mitropoliti Aleksandr, hətta “təcavüz” sözündən istifadə etdi. Lakin Vilna və Litvanın mitropoliti İnnokenti səmimi danışdı: “Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini qətiyyətlə pisləyirik və onun tezliklə başa çatması üçün Allaha dua edirik. Yəqin ki, artıq fikir verdiyiniz kimi, patriarx Kirilllə mənim siyasi baxışlarımız və cari hadisələrə münasibətimiz fərqlidir. Onun Ukrayna müharibəsi ilə bağlı siyasi bəyanatları onun şəxsi fikridir. Biz Litvada bununla razı deyilik. Biz azad, demokratik ölkədə yaşayırıq. Litva Rusiya deyil. Bu, başqa dövlətdir, özünəməxsus mənəvi-əxlaqi ab-havası olan başqa cəmiyyətdir”. Kremlin təcavüzü davam edərsə, Baltikyanı pravoslav kilsələri Ukrayna Pravoslav Kilsəsindən nümunə götürərək, öz avtokefaliyaları ilə bağlı məsələ qaldıra bilərlər.
Bu gün Rusiya təbliğatını yayımlayan telekanalların Baltikyanı ölkələrə yayımı qadağandır. Ancaq tək qadağalar problemi həll etməyəcək. Əksinə, “qadağan olunmuş meyvə şirindir” və belə bir vəziyyət əks nəticə verə bilər, bu, Kremlin təbliğatına “söz azadlığını müdafiə” mövqeyindən çıxış etmək imkanı verir. Baltikyanı ölkələrin populyarlığına görə Kremlin təbliğatını üstələyə biləcək yeni rusdilli televiziya və radio kanallarına ehtiyacı var. Lakin hətta öz resurslarını bir araya gətirməklə belə, kiçik Baltikyanı respublikaların bu məsələdə imkanları yoxdur - bu, ümumavropa və hətta qlobal səy tələb edə bilər.
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı