Gürcüstanın separatçı Cənubi Osetiya regionu Rusiyaya birləşəcəkmi? – Abxaziya oyundan kənardır
Separatçı lider Rusiyaya qoşulmaq barədə bəyanatını qondarma “seçki” kampaniyasının ortasında verib, “prezident” seçkiləri aprelin 10-na təyin edilib. Bu, Bibilovu özünə daha çox səs toplamaq üçün bu ideyadan istifadə etməyə sövq edə bilər.
Lakin seçki kampaniyası mülahizələri Rusiyaya qoşulma ilə bağlı siyasi ritorikanın qəfil güclənməsinin yeganə səbəbi deyil. Ukraynada Rusiya üçün döyüşən Cənubi Osetiya hərbçilərinin başına gətirilən fəlakətin üzə çıxması səbəbindən Bibilova xalq dəstəyi son həftələrdə kəskin şəkildə azalıb.
Məlumata görə, mart ayında Rusiyanın Tsxinvalidəki hərbi bazasında xidmət edən 1000-ə yaxın etnik osetin Kiyev yaxınlığında və Ukraynanın şərqində döyüşlərə göndərilib. Sonrakı döyüşlərdə onlarla osetin hərbçisi həlak olub və Cənubi Osetiya hərbi qüvvələrinin əksəriyyəti Ukraynadan geriyə qayıdıb. Qayıdandan sonra bu əsgərlər “cəhənnəmdə” olduqlarını etiraf ediblər və Rusiyanın onları müharibəyə göndərmək tələbləri ilə razılaşdıqlarına görə separatçı “hakimiyyəti” kəskin tənqid ediblər.
Kiyev yaxınlığında və Donbas bölgəsində məğlubiyyətə uğradıqdan sonra Rusiya ordusu yenidən komplektləşdirilməli idi. Beləliklə, Moskva Uzaq Şərqdən, eləcə də Cənubi Osetiyadan və Abxaziyadan əlavə birliklər köçürməyə başladı. “Arsenali” hərbi-analitik jurnalının baş redaktoru İrakli Aladaşvili bildirib ki, o vaxt Gürcüstanın Cənubi Osetiya və Abxaziya muxtariyyətlərindəki Rusiya hərbi bazalarında ümumilikdə 4000-ə yaxın hərbçi var idi. Cənubi Osetiyada kontingentin əksəriyyətini yerli osetinlər təşkil edirdi. Lakin Ukraynanın döyüş bölgəsinə göndərildikdən qısa müddət sonra bu qoşunların yüzlərlə hissəsi – qondarma “osetin könüllüləri” qrupu ilə birlikdə Rusiya Müdafiə Nazirliyi ilə bağladıqları müqavilələri pozaraq, Ukraynanı tərk etməyə məcbur oldular.
Gürcüstanın müstəqil xəbər agentliyi “Nation.ge”nin təsisçisi Qoça Mirtsxulava deyir ki, Rusiyaya qoşulmaq üçün “referendum” keçirməklə Bibilov Moskvaya sadiqliyini bir daha təsdiqləyərək “hakimiyyət”də qalmaq üçün son cəhdini edir. Lakin 2012-2016-cı illərdə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri (əvvəllər Reinteqrasiya naziri) vəzifəsində çalışmış Paata Zakareişvili vurğulayır ki, Cənubi Osetiya separatçılarının lideri Moskvanın əvvəlcədən razılığı olmadan belə bir referendum elan etməyə cəsarət edə bilməzdi.
“Bibilov son üç həftə ərzində bir neçə televiziya debatlarında iştirak edib, lakin o, heç vaxt referendum və ya Cənubi Osetiyanın Rusiya dövlətinə inteqrasiyası barədə danışmayıb. Rusiya Kiyevi ələ keçirə bilmədi və Ukraynada bir neçə döyüşdə məğlub oldu, buna görə də Putin uğursuzluğunu Gürcüstan ərazilərini ilhaq etməklə kompensasiya etməyə çalışır”, - deyə o qeyd edib.
Bibilov referendumun konkret tarixini açıqlamasa da, Putinin mətbuat katibi Dmitri Peskov dərhal reaksiya verib: “Mən heç bir mövqe bildirə bilmərəm. Bununla bağlı heç bir hüquqi və ya başqa addım atmamışıq. Amma eyni zamanda, bu halda söhbət Cənubi Osetiya xalqının fikrini ifadə etməsindən gedir, onlara hörmətlə yanaşırıq”.
Rusiya Federasiyası Dövlət Dumasının (parlamentin aşağı palatası) Kommunist Partiyasının deputatı Leonid Kalaşnikov Rusiyanın qanunverici orqanının Bibilovun təşəbbüsünü dəstəkləyəcəyini açıq şəkildə bildirib.
“Cənubi Osetiya və Abxaziyanın referendum keçirmək hüququ var və indi bütün hüquqi prosedurları həyata keçirmək üçün doğru zamandır... Onlar, əslində, təhlükəsizlik, iqtisadi dəstək baxımından çoxdan Rusiyaya inteqrasiya ediliblər. Təbii ki, bunun Rusiya üçün şəffaf olması daha yaxşıdır. Əgər sabah bu mövzuda sual yaranarsa, mən buna müsbət reaksiya verərdim. Bunun üçün qanuni prosedurları yerinə yetirmək lazımdır və mənə elə gəlir ki, indi bunun üçün kifayət qədər münasib zamandır”, - deyə Kalaşnikov iddia edib.
Deputatın Abxaziyanın adını Cənubi Osetiya ilə eyni kontekstdə çəkməsi hələ 2008-ci ildə Gürcüstandan ayrılan ikinci muxtariyyəti – Abxaziyanı seperatçıları və elitasını sevindirməyib. Abxaziya separatçıları bildirib ki, Cənubi Osetiyanın Şimali Osetiyaya birləşdirilməsi milli arzudur: “Abxaziya qardaş respublika sakinlərinin bu istəyini dəstəkləyir. Abxaziyanın Rusiyaya qoşulma ehtimalına gəlincə, nə siyasi dairələrdə, nə də Abxaziya cəmiyyətində belə fikirlər yoxdur”.
Abxaziya ilə Cənubi Osetiya arasında hərbi sahədə daha bir mühüm fərq var: Cənubi Osetiya "hakimiyyəti"ndən fərqli olaraq, Abxaziya "rəhbərliyi" Moskva ilə öz ordusunun Rusiya Silahlı Qüvvələrinə inteqrasiyası barədə müqavilə bağlamayıb. Abxaziyanın Qudauta şəhərindəki Rusiya hərbi bazasında isə yerli abxazlar deyil, nizami rus qoşunları xidmət edir. Əsas odur ki, Abxaziya öz hərbi hissələrini Ukraynaya qarşı döyüşə göndərmədi. İstisna hal isə Donbasın şərqinin Rusiya tərəfindən işğalından sonra 8 ildir Ukraynada döyüşən abxazlı müxalifətçi Axra Avidzba ilə əlaqəli kiçik könüllülər qrupudur.
Beləliklə, əgər Ukraynadakı hərbi uğursuzluqlar fonunda Rusiya həqiqətən də Gürcüstanın separatçı ərazilərini nəhayət mənimsəməyə hazırlaşırsa, Moskva Abxaziyada bu cür ekspansionist planlara yeni başağrıları tapa bilər.
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı