2020-ci ilin qlobal hərbi xərcləri – ƏTRAFLI

 2020-ci ilin qlobal hərbi xərcləri –  ƏTRAFLI
546     15:22     09 06 2021    
Xəbər verdiyimiz kimi, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2020-ci ildə qlobal hərbi xərclərlə bağlı hesabat yayımlayıb.

Hesabata görə, dünyada ötən il hərbi xərclər təxminən 2 trilyon dollar təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 2,6% çoxdur. Hərbi xərclər Qlobal Ümum Daxili Məhsulun (ÜDM) 4.4% hissəsini təşkil edib.

Azərbaycanın hərbi xərcləri 2019-cu ilə nisbətən 17% artırıb, bu artım Şərqi Avropa ölkələri arasında ən böyük nisbi artımdır. 2019-cu ildə Azərbaycanın hərbi xərcləri ÜDM-in 3,9 faizini təşkil edirdisə, 2020-ci ildə bu nisbət, 5,4 faiz təşkil edib.

Hesabatda qeyd olunur ki, Azərbaycanın hərbi xərclərindəki artım Qarabağ bölgəsindəki müharibə ilə əlaqədardır.

2019-cu illə müqayisədə 2020-ci ildə Ermənistanın hərbi xərclərinin 2,6% azaldığı bildirilir. Keçən il Ermənistanda hərbi xərclər ÜDM-in 4.9%-ni təşkil edib.

ÜDM və hərbi xərclər baxımından qeyd edilir ki, nəzərdən keçirilən 150 ölkədən 24 ölkə ÜDM-in 3,0% və ya daha çoxunu, 96 ölkə ÜDM-in 1,0-2,9%, 30 ölkə isə ÜDM-nin 1,0% -dən az qismini hərbi xərclərə ayırıb.

Üstəlik, hesabata görə, Ermənistan dünyanın ən çox hərbi xərclərə vəsait ayıran 10 ölkə arasında qalmaqda davam edir.

Dünyanın ən böyük hərbi xərclər ayıran 10 ölkəsindən 5 ölkə, 2020-ci ildə ÜDM-in 11%-ni hərbi ehtiyaclarına xərcləyən Oman, Səudiyyə Ərəbistanı (8.4%), Küveyt (6.5%), İsrail (5.6%) və İordaniya (5.0%) daxil olmaqla Yaxın Şərqdədir. Digər beş ölkə Əlcəzayir (6,7%), Azərbaycan (5,4%), Ermənistan (4,9%), Mərakeş (4,3%) və Rusiyadır (4.3%).

Reytinq cədvəlində Rusiya 4-cü yerdədir. Araşdırmaçıların fikrincə, ölkənin 2020-ci il üçün müdafiə xərcləri 61,7 milyard ABŞ dolları təşkil edib. Bu rəqəm 2019-cu illə müqayisədə 2,5%, eyni zamanda 2011-ci ilə nisbətən 26% çoxdur.

SIPRI qeyd edir ki, 2017-2018-ci illərdə azaldıqdan sonra hərbi xərclər ikinci ildir davamlı şəkildə artmaqdadır. 2017-ci ilə qədər Rusiyanın müdafiə xərcləri 18 il fasiləsiz üst-üstə artan xətt üzrə davam edirdi.

Qurum Rusiyanın xərclərinin 2020-ci ildə artmasına baxmayaraq, ölkənin ilkin hərbi büdcəsindən 6,6% aşağı olduğunu qeyd edib.

ABŞ reytinq cədvəlində (778 milyard dollar) ilkin yerini qorumaqda qalır. Müvafiq olaraq ikinci yerdə hərbi xərcləri 26 il ardıcıl artan Çin (252 milyard dollar) durur. Reytinq cədvəli üzrə 3-cü yerdə Hindistan (72.9 milyard dollar), 5-ci yerdə İngiltərə (59.2 milyard dollar) qərarlaşıb.
Strategyvision.org

Teq: QMSB  


Oxşar məqalələr
Son əlavə olunanlar