Fransa ordusu dənizin dibini araşdırmaq üçün avtonom platformalardan istifadə edəcək

Fransa ordusu dənizin dibini araşdırmaq üçün avtonom platformalardan istifadə edəcək
1086     15:25     16 02 2022    
Fransa ordusu dərin dəniz sularının dibini araşdırmaq üçün avtonom və və uzaqdan idarə olunan dəniz platformalarından istifadə edəcək.

Bu barədə Fransanın bir neçə gün öncə yayımlanan yeni dəniz dibi strategiyasında qeyd olunub. Strategiyada dərin dəniz sularını daha da araşdırmaq və istismar etməyə xüsusi diqqət ayrılıb.

Fransa Müdafiə naziri Florens Parli mətbuat konfransında bildirib ki, yeni strategiyanın məqsədi Fransa ordusunu 6000 metr dərinliyə çatmaq qabiliyyəti ilə təchiz etməkdir.

“Strategiya dəniz dibinin 97 faizini əhatə etməyə və maraqlarımızı, o cümlədən sualtı kabelləri effektiv şəkildə qorumağa imkan verir”, - deyə o bildirib.

Fransa Müdafiə Nazirliyi yeni avtonom və uzaqdan idarə olunan sualtı platformalar üçün sənaye şirkətləri ilə əməkdaşlıq edəcək.

Strategiyaya görə, 2023-cü ilə qədər hərbçilər ilkin müşahidə aktivləri kimi xidmət etmək, sınaq və qiymətləndirmədə istifadə etmək üçün insansız sualtı platformalar hazırlamalıdırlar. 2025-ci ilə qədər daha böyük proqramın işə salınması gözlənilir.

Qeyd edək ki, Fransız ordusu son bir neçə ildə ənənəvi olmayan sahələrlə bağlı strategiyalar qəbul edib. Bunlara kiber və kosmos təhlükəsizliyi ilə bağlı strategiyalar daxildir. Dəniz dibi strategiyası bu istiqamətdə atılan növbəti addımdır.
Strategyvision.org

Teq: Fransa   Avtonom  


Oxşar məqalələr
Son əlavə olunanlar