HAVELSAN bir addım öndə: Türkiyədə buludaltı sinfinə məxsus PUA dövrü başlaya bilər
Bulud altında uçan PUA-lar taktiki və strateji vəzifələrini maksimum 10-12 min (3-3.6 kilometr) fut yüksəklikdə yerinə yetirən platformalardır.
Türkiyənin yerli və milli şirkətlərinin zərbə tipli PUA sahəsində dünya miqyasında nailiyyətlər əldə etdikdən sonra növbəti hədəfləri bulud altında uçan PUA-lar istehsal etməkdir.
Ölkənin milli müdafiə sənayesinin aparıcı aktorlarından biri olan HAVELSAN bir neçə gün öncə sosial şəbəkə hesablarında belə bir paylaşım edərək gündəmə düşdü: “Rəqəmsal Sürü Birliklərimizin yüksələn zəkası, bulud altında uça bilən avtonom pilotsuz gücümüz gəlir”.
Bulud altında uçan PUA-lar harada istifadə olunur?
Müdafiə sənayesi üzrə ekspert Kadir Doğan bu sinfə məxsus PUA-ların Türkiyədə uzun müddət gördüyümüz platformalar olduğunu xatırlatdı. O, bu PUA-ları döyüş meydanında tam olaraq yerləşdirilə bilməyən, bacarıqları və qabiliyyətləri aydın şəkildə başa düşülməyən platformalar olaraq xarakterizə edir.
Doğan qeyd edir ki, bu PUA-ların maksimum hündürlüyü ümumiyyətlə 10-12 min fut, missiya hündürlüyü isə 6-8 min fut təşkil edir.
Kəşfiyyat, müşahidə və nəzarət onların işidir
Bu platformaların qanadlarının uzunluğu adətən 3-5 metr olur. Uçuş çəkisi 10-100 kq arasında dəyişə bilər. Bu sinfə məxsus PUA-lar gəzən sursat kimi və kəşfiyyat üçün istifadə olunur
Bu platformaların digərlərdinən əsas fərqi tapşırıqlarını daha sürətli, daha ucuz qiymətə və daha etibarlı bir şəkildə yerinə yetirmə qabiliyyətidir, xüsusən də kəşfiyyat və nəzarət tapşırıqlarını.
Ekspert qeyd edir ki, Azərbaycan və Ermənistan arasındakı baş verən müharibə zamanı istifadə olunan İsrail istehsalı olan “Harop” bulud altında uçan PUA-dır. “Boeing” şirkəti tərəfindən istehsal edilən “Scaneagle” da bu sinfə məxsus ən məşhur PUA-lardan biridir. “Scaneagle” maksimum qalxma çəkisi 22 kiloqram olan və 24 saat havada qala bilən bir platformadır. Bu qədər müddət 22 kiloqramlıq platforma üçün olduqca böyükdür.
Bütün bunlara əlavə olaraq, bu platformalar satış qiymətləri ən aşağı olacaq məhsullar deyil, onların yüz minlərlə, milyonlarla dollar satış qiymətləri var. İxracın asanlığı və bazar payının yüksək olduğunu nəzərə alsaq, bu, olduqca bahalı hesab olunur.
Türkiyənin bulud altında uçan PUA-larla bağlı hansı addımlar atdığı barədə danışan Kadir Doğan qeyd edir ki, müxtəlif universitetlər də daxil olmaqla bir çox təşkilat və şirkət bu sahədə addımlar atır, araşdırmalar həyata keçirir.
O qeyd edir ki, bir neçə il əvvəl geriyə baxsaq, Türkiyədə bu sahədə məhsullar inkişaf etdirməyə çalışan universitet komandalarının qazandıqları texniki bilik və təcrübə bəzi müdafiə sənayesi şirkətlərini qabaqlayır.
Türkiyə bulud altında uçan PUA-larla bağlı ciddi biliklərə sahibdir
Ekspert qeyd edir ki, Türkiyə bulud altında uçan PUA-lara hələ sahib ola bilməsə də, onun vəzifələrini yerinə yetirən “AeroVironment Puma” və “Baykar Mini” kimi platformalar bu sahədəki boşluğu doldurmağa kömək edə bilər.
“Buna baxmayaraq, bu sahədə həqiqətən çox ciddi biliklər var. Xüsusilə bu platformaların quru, dəniz, sahil və hətta havada müxtəlif təsir sahələrində müxtəlif yollarla istifadə edilə bilməsi bir çox cəhətdən ciddi üstünlük yaradır.
Bununla birlikdə, bu sahədə görüləcək işlərdə ən vacib məqam platdormaların döyüş bölgəsində düzgün yerləşdirilməsidir. Bu nəqliyyat vasitələrinin döyüş sahəsindəki strateji və texniki cəhətdən düzgün yerləşdirilməsi döyüş sahəsindəki işi əhəmiyyətli dərəcədə asanlaşdırır.
Türkiyə doğru strategiya ilə prosesi tənzimləsə, ölkəmiz bu sahədə fəaliyyət göstərə, dünyanın ən yaxşı məhsullarını istehsal edə biləcək yüksək ixtisaslı mühəndislərə sahibdir”, - deyə o qeyd edib.
HAVELSAN-ın paylaşımı Türkiyədə yeni bir mərhələnin başlanğıcıdır
Kadir Doğanın vurğuladığı digər bir məqam isə HAVELSAN kimi müdafiə sənayesinin öncül şirkətlərinin bulud altında uçan PUA-lar üzərinə çalışacağıdır: “Bu, həqiqətən bəzi şəxslərin və qurumların bu sahədə strategiya inkişaf etdirməyə başladığının bir göstəricisidir.
HAVELSAN-ın bu addımı çox ciddi bir bacarıq qazandırma və zehniyyət dəyişikliyi gətirəcək. Bu dəyişiklik çox vacib bir məsələdir. Təəssüf ki, bulud altında uçan PUA-larla bağlı bir çox universitet araşdırması ölkəmizdəki müdafiə sənayesinin şəxsləri və şirkətləri tərəfindən əhəmiyyətsiz və ya lazımsız görünürdü.
Bu anlayışın bu gün HAVELSAN kimi şirkətlərimizin fəaliyyətləri ilə pozulması gələcəkdə bu sahədə çox əhəmiyyətli uğurlar əldə edə biləcəyimizin sübutudur. Bu baxımdan çox xoşbəxtəm və həyəcanlıyam. Ümid edirəm HAVELSAN bu platformalarla bağlı ölkəmizdəki düşüncəni sarsıdacaq uğur əldə edəcək. Türkiyənin müdafiə sənayesi yeni bir uğur hekayəsi yaza bilər”.
Oxşar məqalələr
-
SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə...
-
Elektrik enerjisindən istifadə hər şeyi dəyişdi| İnsanabənzər robotların inkişafı
-
Türkiyədə robot itlər satışa çıxarılır – Onlar üzgüçülük tapşırıqlarını da yerinə yetirir?
-
Gələcəyin açarı – “Xenobot”lar| Özünü çoxalda və bərpa edə bilən robotlar dünyanı ələ keçirəcək?
-
Avtonom hərbi platformalar bazarı: 2020-2025
-
BƏƏ şirkətindən sürü PUA-ları təqdimatı - HUNTER-2
-
Fransa ordusu dənizin dibini araşdırmaq üçün avtonom platformalardan istifadə edəcək
-
Avtomatik etiketləmə: təbliğat cizgisi xaricində süni zəka üçün dərc
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı