Atlantik Şurasının Baş elmi işçisi: Vətən Müharibəsində darmadağın edilən Ermənistan ordusunu nə gözləyir?
Xüsusilə həm İsrail, həm də Türkiyə tərəfindən Azərbaycana satılan inkişaf etmiş Pilotsuz Uçuş Aparatları (PUA) döyüşlərdə həlledici oldu. Prezident İlham Əliyev Azərbaycanın PUA-larla Ermənistanın 1 milyard dollar dəyərində hərbi texnikasını məhv etdiyini bildirmişdi.
Ermənistanın bu yaxınlarda Rusiyadan əldə etdiyi kiçik həcmli Hərbi Hava Qüvvələrindəki “Su-30” döyüş təyyarələri İrəvana hava üstünlüyü təmin etsə də, raketlərinin yoxluğundan döyüşlərdə istifadə edilmədi. Ermənistanın Rusiya və SSRİ istehsalı, kiçik ölçülü yavaş hərəkət edən PUA-ları deyil, təyyarələri bombardmançıları vurmaq üçün hazırlanmış köhnə Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin uğursuzluğu Azərbaycanın bölgədə səmalara hakim olmasına və Ermənistanın quru qoşunlarını effektiv şəkildə hədəf almasına imkan yaratdı.
Atlantik Şurasının baş elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ABŞ-ın Qarabağ münaqişəsinin keçmiş həmsədri olan Metyu Brayza hesab edir ki, bu son müharibə Rusiya silah sistemlərinin (S-300 zenit-raket kompleksləri və ya T-72 tankları, hətta reaktiv zirehli tankları) İsrail və Türkiyə istehsalı müasir PUA-larla qarşı-qarşıya gəldiyi fərqli bir dönəmdir.
“Əgər bu müasir döyüş sistemləri ilə təchiz olunmaq istəyirsinizsə və əgər Ermənistansınızsa, nəticədə bu tip avadanlıqları almaq istəyə bilərsiniz”, - deyə o qeyd edib.
Nüfuzlu “Forbes” nəşrinin ekspertləri vurğulayır ki, Ermənistan PUA-lar və ya hər hansı bir növ HHM sistemləri əldə də bilər, amma bununla yanaşı Azərbaycanın qurduğu hücum strategiyasına da müqavimət göstərməlidir.
Azərbaycanın əsas silah tədarükçüsü İsraildir, böyük ehtimalla İsrail İrəvana inkişaf etmiş PUA-lar satmayacaq. Türkiyə, şübhəsiz ki, Ermənistanın əsas rəqibi olduğundan və Azərbaycanı qətiyyətlə dəstəklədiyindən onun da Ermənistana PUA-lar satması mümkünsüzdür.
Brayza ABŞ-ın Ermənistana inkişaf etmiş silahlar satacağına da şübhə edir. Onun fikrincə, Ermənistan üçün əlverişli yeganə variant onun ənənəvi silah tədarükçüsü Rusiyadır. Bununla belə, Moskva İrəvana daha inkişaf etmiş hava hücumundan müdafiə sistemlərini satmağa razı olmaya bilər.
“Hər iki halda da, Ermənistanın onları satın almağa pulu yoxdur”, - deyə Brayza qeyd edib.
Daha sonra Brayza qeyd edir ki, Ermənistan və onun xalqı bu münaqişədən əvvəl olduğu kimi “ordusunun məğlubedilməz olduğu və azərbaycanlıların döyüşməyi bacarmadıqları” haqda təsəvvürlərə malikdir və onlar “fərqli ruh vəziyyətindədir”.
“İndi onlar elə bir milli bəlaya düçar olublar ki, bütün düşüncələri özlərini axtarmaq və əzmlərini necə bərpa edəcəklərini anlamaqla bağlıdır”, - deyə Brayza qeyd edib və əlavə edib ki, Ermənistanın Baş nazir Nikol Paşinyanın siyasi cəhətdən sağ qalıb-qalmayacağı da daxil olmaqla həll etmək üçün bir çox daxili siyasi problemləri var.
“Bütün bunlar, kədərin bir çox mərhələsindən keçərək baş verdikdən sonra, mən düşünürəm ki, ordularını yenidən qurmağa ciddi yanaşacaqlar”, - deyə amerikalı ekspert bildirib.
Ermənilər nəhayət bu nöqtəyə çatdıqda belə, Azərbaycanın hərbi və texnoloji imkanlarını aşmaq və ya hətta uyğunlaşdırmaq üçün hərbi arsenallarını yenidən qurmalarına ehtiyac qalmayacaq, çünki Bakının beynəlxalq səviyyədə tanınmış suveren Ermənistan ərazilərinə daxil olması ehtimalı yoxdur.
“Bakı bilir ki, Ermənistan ərazilərinə hücum etsə, bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının imkanlarını işə salacaq və bu, Rusiyanın müdaxilə etməsi ilə nəticələnə bilər. Deməli, Ermənistanın Azərbaycanın hərbi potensialına uyğun gəlməsinə ehtiyac yoxdur, gələcək üçün milli strategiyasının nə olduğunu və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində erməni xalqının özlərini təhlükəsiz hiss etməsinə imkan verəcək yeni strategiyalar hazırlamalıdır”, - deyə Brayza sözlərini yekunlaşdırıb.
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı