Mərakeş müdafiə büdcəsini artırır və daha çox silah satınalması gözlənilir
Ölkənin müdafiə büdcəsi 2021-ci il müdafiə büdcəsinə görə 4,77% artırılıb.
Ölkənin müdafiə xərcləri gələn il 6.9 milyard dollar olacaq. Müdafiə büdcəsində silah satınalmalarına ayrılan xərclər əvvəlki illə müqayisədə artırılıb.
Müdafiə xərclərinin 2022-ci ildə ümumi xərclərin 17%-dən çoxunu təşkil edəcəyi gözlənilir.
Mərakeş hərbi imkanlarını F-16 “Fighting Falcon” qırıcıları ilə təkmilləşdirir və modernləşdirir.
Mətbuatda Mərekaşin Türkiyədən “Bayraktar TB2” zərbə PUA-ları almaq üçün danışıqlar apardığı qeyd olunur. Müşahidəçilər qarşıdakı ildə satınalmanın həyata keçirilə biləcəyini düşünür.
Mərakeş döyüş təyyarələrindən tutmuş təlim və tanklara qədər ən müasir silahlar və sursatlar da daxil olmaqla böyük silah müqavilələri imzalayıb. Ölkə, həmçinin sualtı qayıqlar, helikopterlər, döyüş təyyarələri, radar sistemləri və gəmilər daxil olmaqla gələcək satınalma planlarına malikdir.
Qabaqcıl silah sistemləri əldə etməklə yanaşı, Mərakeşin diplomatiyasını inkişaf etdirmək səyi Şimali Afrika ölkəsini bütün dünyada müdafiə şirkətləri üçün cəlbedici bazara çevirir.
Müdafiə ekspertlərinin fikrincə, Mərakeş Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi planları ABŞ və Türkiyə ilə bir sıra silah müqavilələri ilə nəticələnib. Eyni mənbəyə görə, sövdələşmələr Mərakeşin gizli silahlara, ABŞ PUA, dəqiq idarə olunan və lazerlə idarə olunan sursatlara çıxışını artırıb.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları Təşkilatının (SIPRI) məlumatına görə, 2005-2014-cü illər arasında Mərakeş Afrikada silah idxal edən ölkələr siyahısında üçüncü yerdədir.
Regional qeyri-sabitlik, Sahel bölgəsində artan gərginlik, eləcə də daimi terror hücumları təhlükəsi Mərakeşi 2022-ci ildə hərbi xərclərini artırmağa sövq edən əsas amillərdəndir.
Oxşar məqalələr
-
“Bayraktar”, MMU, SİPER - hər birində onun imzası var| Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN
-
Münaqişə fonunda dünyada raket, bomba bazarı 2030-cu ilə qədər 73% artacaq
-
Türkiyə bu il 634 milyon dollarlıq müdafiə məhsulları ixrac edib - Hədəf 4 milyard dollardır
-
Dünyanın doqquzuncu ən böyük silah ixracatçısı| Cənubi Koreyanın qlobal silah bazarında rolu artır
-
Türkiyə Afrikaya silah satışlarını artırır - "Hamı PUA-lar haqqında soruşur"
-
SIPRI: Ötən il dünyada silah satışları 1.3% artaraq 531 milyard dollara çatıb
-
Dubayda keçirilən aviaşouda diqqət çəkən məqamlar - FOTOLAR
-
ASELSAN-ın 9 aylıq dövriyyəsi 10,3 milyard lirəyə çatdı
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı