Türkiyədə daha bir döyüş robotu istifadəyə verilib - BARKAN

 Türkiyədə daha bir döyüş robotu istifadəyə verilib -  BARKAN
244     16:55     21 10 2021    
Türkiyənin ən böyük texnologiya şirkətlərindən biri olan HAVELSAN tərəfindən istehsal edilən “Barkan” adlı insansız quru platforması (döyüş robotu) istifadəyə verilib.

Bu barədə Beynəlxalq Gələcək Əsgər Konfransına qatılan HAVELSAN rəsmisi Oktay Tuncer məlumat verib.

O, platformaların “aslan kimi meydanda” olduğunu bildirib.

Təhlükəsizlik qüvvələrinin ehtiyacları daxilində avtonom və robot sistemləri inkişaf etdirdiklərini qeyd edən Tuncer “Barkan”ın cənub-şərq və sərhəd bölgələri də daxil olmaqla bir çox bölgədə sınaqları uğurla həyata keçirdiyini vurğulayıb.

Türkiyə mətbuatının ölkənin müdafiə mənbələrindən əldə etdiyi məlumata görə, orta sinif çoxməqsədli platformalar olaraq xarakterizə olunan “Barkan” döyüş sahəsində aparılan sınaqlarda bütün tələblərə cavab verib.

HAVELSAN şirkəti tərəfindən istehsal edilən “Barkan” robotları uzaqdan idarə edilən silah sistemləri, elektro-optik sensorlar və bir çox rabitə sistemi ilə təchiz edilib. Robotlar PUA-larla birgə fəaliyyət göstərə bilir.
Strategyvision.org

Teq: Türkiyə   Barkan   Robot  


Oxşar məqalələr
Son əlavə olunanlar