“Marker” robotları avtonom rejimdə sınaqdan keçirildi

“Marker” robotları avtonom rejimdə sınaqdan keçirildi
1238     14:18     19 10 2021    
Rusiyada “Marker” robotlarının inkişafı prosesi davam edir, bu dəfə platformalar avtonom rejimdə sınaqları keçirilib.

Bu barədə “RİA Novosti” agentliyi öz mənbələrinə istinadən yayıb.

Mənbələrə görə, sınaqlara 2-si tırtıllı, 3-ü isə təkərli olmaqla 5 ədəd platforma cəlb edilib.

Testin bir hissəsində robotlar müstəqil olaraq, insanların iştirakı olmadan vəzifələrini icra edib, hədəfləri təyin edib, tapşırıqları öz aralarında paylayıb və digər fəaliyyətləri yerinə yetiriblər.

Sınaqların müvəffəqiyyətlə başa çatdığı bildirilir, növbəti mərhələdə robotlar kəşfiyyat PUA-ları ilə birlikdə sınaqları keçiriləcək.

Rusiyanın Müasir Araşdırmalar Fondu və “Android Technology” Elmi-İstehsalat Birliyi tərəfindən birgə yaradılan “Marker” robot platformasının sınaqlarının başlanğıcı 2019-cu ilin mart ayının əvvəlində elan edilib. Platforma modul quruluşunda hazırlanıb. “Marker” layihəsinin son məqsədi geniş bir sıra vəzifələri müstəqil şəkildə yerinə yetirə bilən tam avtonom kompleks yaratmaqdır.

Sonuncu dəfə bir neçə ay öncə, Rusiyada “Marker” döyüş robotu sınaqdan keçirilib. Çelyabinsk bölgəsində həyata keçirilən sınaq zamanı robotlar 100 kilometr məsafə qət edib. Sınaqlara iki təkərli, bir tırtıllı robotlar cəlb edilib.

Robot 100 kilometrlik yolu 5 saat 41 dəqiqəyə qət edib. Robotlar tamamilə avtonom rejimdə işləyib.

Bundan əlavə, sınaqlar zamanı robotun şərti yaşayış məntəqəsinin sərhədlərini patrul etmək üçün də qabiliyyəti yoxlanılıb. Robot 2,5 kilometr uzunluğunda dairəvi marşrutla altı saat hərəkət edib. "Marker" sınaqlar zamanı, həmçinin bir neçə PUA-nı havaya buraxıb.
Strategyvision.org

Teq: Rusiya   Mrker  


Oxşar məqalələr
Son əlavə olunanlar