Filippin HHQ “ScanEagle 2” PUA parkını genişləndirir

Filippin HHQ “ScanEagle 2” PUA parkını genişləndirir
1671     10:03     15 10 2021    
ABŞ Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) daha 4 ədəd “ScanEagle 2” kəşfiyyat tipli Pilotsuz Uçuş Aparatları (PUA) təhvil verib.

PUA-lar Hind-Sakit Okean Dəniz Təhlükəsizliyi Təşəbbüsü çərçivəsində tədarük edilib.

ABŞ səfirliyinin məlumatına görə, Filippin indiyə qədər Hind-Sakit okean bölgəsində ABŞ-dan ən böyük hərbi yardım alan ölkədir. Birləşmiş Ştatlar 2015-ci ildən etibarən Filippinə 650 milyon dollarlıq təyyarə, gəmi, zirehli maşın, yüngül silah və hərbi texnika verib.

Qeyd edək ki, Filippin ordusu hazırda 9 ədəd “ScanEagle 2” PUA-sı idarə edir.

Vaşinqtonda yerləşən “Boeing” şirkətinin törəməsi olan “İnsitu” tərəfindən istehsal edilən “Scan Eagle 2” 24 saatdan çox uçuş müddətinə malikdir və aşağı hündürlükdə uçaraq müşahidə əməliyyatları apara bilir.

Taktiki-Texniki Xüsusiyyətləri:

Ekipaj: 0 nəfər
Uzunluq: 1.55-1.71 m
Qanad açılımı: 3.11 m
Çəkisi: 14–18 kq
Maksimum qalxma çəkisi: 22 kq
Mühərrikin gücü: 1,5 at gücü
Maksimum sürət: 148 km / saat
Uçuş müddəti: 24+ saat
Əməliyyat hündürlüyü: 5,950 m


Strategyvision.org

Teq: ScanEagle   Filippin  


Oxşar məqalələr
Son əlavə olunanlar