ABŞ donanması avtonom sualtı platformalar alır

ABŞ donanması avtonom sualtı platformalar alır
385     12:48     09 05 2021    
ABŞ Hərbi Dəniz Qüvvələri “Huntington Ingalls Industries” şirkətindən iki ədəd “Remus 300” adlı avtonom sualtı platformalar almağı planlaşdırır.

strategvision.org xəbər verir ki, bu barədə “Janes” portalı yazıb.

Avtonom sualtı platformaların 2022-ci ildin ortalarında ABŞ donanmasına təhvil verilməsi planlaşdırılır.

Şirkət “Remus 300” adlı avtonom sualtı platformaların prototipini qiymətləndirməsi üçün ABŞ donanmasına göndərmişdi.

“Remus 300” konfiqurasiyasından asılı olaraq diametri 190 mm, ümumi uzunluğu 1850-2,510 mm və quru çəkisi 36-58 kq olan portativ avtonom sualtı platformadır.

Platformalar missiyanın tələblərinə uyğun olaraq 10, 20 və ya 30 saata qədər dənizdə qala bilir.
Strategyvision.org

Teq: ABŞ   Avtonom-sistemlər  


Oxşar məqalələr
Son əlavə olunanlar