“Mission Master SP” avtonom quru platformasına yeni döyüş modulları quraşdırılıb - VİDEO

“Mission Master SP” avtonom quru platformasına yeni döyüş modulları quraşdırılıb -  VİDEO
1467     11:18     03 09 2021    
“Rheinmetall” və “Escribano” şirkətləri “Mission Master SP” avtonom quru platformaları üçün yeni döyüş modulları təqdim ediblər.

Təqdimat mərasimində İspaniya Kralı VI Filip, İspaniyanın Baş Qərargah rəisi və beynəlxalq nümayəndə heyətləri iştirak edib.

Nümayişlər zamanı 2 ədəd avtonom platforma təqdim edilib. Onlardan biri “Escribano” şirkətinin “Guardian 2.0” adlanan uzaqdan idarə olunan döyüş modulu, digəri isə şirkətin OTEOS sensor paketi ilə təchiz edilib.


OTEOS sayəsində nəzarət vəzifəsini yerinə yetirən “Mission Master SP” hədəfi uğurla aşkar etdi, atəşə dəstək vəzifəsi üçün hədəfin koordinatlarını avtomatik olaraq ikinci vasitəyə ötürdü. Silahla təchiz edilən vasitə hədəfə atəş açdı.

Təqdimat zamanı “follow-me”, avtonom naviqasiya və hərbi karvan rejimləri daxil olmaqla müxtəlif nəzarət rejimləri nümayiş etdirilib.

“Mission Master” insansız quru platformaları təhlükəli missiyalarda, çətin ərazilərdə və bütün hava şəraitində hərbi hissələri dəstəkləmək üçün nəzərdə tutulmuş insansız quru platformaları ailəsidir. “Missiya Master” platformaları kəşfiyyat və müşahidə, taktiki nəzarət, atəş dəstəyi, tibbi təxliyyə, kimyəvi, bioloji, radioloji, nüvə təhdidləri aşkarlama kimi missiyalar üçün istifadə oluna bilər.

“Mission Master SP” bu platformaların avtonom versiyalarıdır. Bir çox funksiyaları insan operatorunun əmri olmadan yerinə yetirə bilir.
Strategyvision.org

Teq: İspaniya   Mission-Master  


Oxşar məqalələr
Son əlavə olunanlar