Rusiya 100 kilometr yol qət edə bilən hərbi robotu sınaqdan keçirib - VİDEO

Rusiya 100 kilometr yol qət edə bilən hərbi robotu sınaqdan keçirib -  VİDEO
1527     10:13     01 09 2021    
Rusiyada “Marker” adlanan döyüş robotu sınaqdan keçirilib.

Çelyabinsk bölgəsində həyata keçirilən sınaq zamanı robotlar 100 kilometr məsafə qət edib. Sınaqlara iki təkərli, bir tırtıllı robotlar cəlb edilib.

Robot 100 kilometrlik yolu 5 saat 41 dəqiqəyə qət edib. Robotlar tamamilə avtonom rejimdə işləyib.

Bundan əlavə, sınaqlar zamanı robotun şərti yaşayış məntəqəsinin sərhədlərini patrul etmək üçün də qabiliyyəti yoxlanılıb. Robot 2,5 kilometr uzunluğunda dairəvi marşrutla altı saat hərəkət edib. "Marker" sınaqlar zamanı, həmçinin bir neçə PUA-nı havaya buraxıb.

"Marker" layihəsi 2018-ci ilin mart ayında başlayıb. Layihənin əsas vəzifəsi perspektivli robot sistemlərinin və əsas elementlərinin hərtərəfli inkişafını həyata keçirməkdir. Döyüş robotları yüksək manevr imkanlarına malikdir. Qeyd olunur ki, tırtıllı robotlar uzaqdan idarə olunan silahlarla təchiz oluna bilər.


Strategyvision.org

Teq: Rusiya   Marker  


Oxşar məqalələr
Son əlavə olunanlar