ABŞ istehsalı “Avenger” PUA-ları hədəflərini avtonom izləyə biləcək

ABŞ istehsalı “Avenger” PUA-ları hədəflərini avtonom izləyə biləcək
1127     10:31     24 08 2021    
ABŞ-ın “General Atomics Aeronautical Systems” şirkəti tərəfindən istehsal edilən “Avenger” PUA-ları “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən axtarış və izləmə sistemləri ilə hədəflərini avtonom izləyə biləcək.

Reaktiv mühərrikli PUA-ya quraşdırılan “Legion Pod” adlı sistem 1.4 saat davam edən nümayiş zamanı çoxlu sürətlə hərəkət edən təyyarələr aşkar edib və hədəflər barədə məlumat ötürüb.

“Legion Pod”un müxtəlif yüksək sürətli reaktiv və aşağı sürətli təyyarələri izləyə bildiyi qeyd olunur.

“General Atomics” tərəfindən əvvəl hazırlanan MQ-1 “Predator” və MQ-9 “Reaper” PUA-larından fərqli olaraq “Avenger” reaktiv mühərriklə təchiz edilib və radarlara görünməsi azaldılıb. Onun ilk uçuşu 4 aprel 2009-cu ildə həyata keçirilib.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 13 m
Qanad açılımı: 20 m
Maksimum uçuş çəkisi: .255 kq
Yanacaq tutumu: 3.600 kq
Mühərrik: 1 × Pratt & Whitney Canada PW545B reaktiv mühərriki
Maksimum sürət: 740 km/saat
Kreyser sürəti: 648 km/saat
Uçuş müddəti: 18 saat
Əməliyyat hündürlüyü: 15,240 m

Silahlanma: AGM-114 “Hellfire” raketləri, GBU-39, GBU-12, GBU-16, GBU-32, GBU-31 bombaları.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar