“General Dynamics” yeni avtonom sualtı platformalar istehsal edən mərkəz açır

“General Dynamics” yeni avtonom sualtı platformalar istehsal edən mərkəz açır
943     10:31     17 08 2021    
“General Dynamics” şirkəti ABŞ-ın Taunton şəhərində “Knifefish” və digər avtonom sualtı platformalarının istehsal ediləcəyi mərkəz açıb.

Şirkət 1987-ci ildən ABŞ Ordusu və digər müştərilər üçün sistemlər quran Taunton istehsal sahəsində açdığı mərkəz Britaniya və Avstraliya kimi ölkələrin donanmaları üçün də müxtəlif insansız sualtı platformalar istehsal edəcək.

2019-cu ildə “General Dynamics” şirkəti “Bluefin” insansız sualtı platformasının 1 düym diametrli versiyasına əsaslanan “Knifefish” platformalarının istehsalı üçün müqavilə imzalayıb.

“Knifefish” ABŞ Donanması üçün “General Dynamics” və “Bluefin Robotics” şirkətləri tərəfindən hazırlanan avtonom sualtı platformadır. Platforma ilk dəfə 2012-ci ildə təqdim olunub.

Uzunluğu 5,8 m və diametri 0,53 metr olan torpedo şəkilli “Knifefish” əvvəlcədən proqramlaşdırılmış axtarış missiyalarında 16 saata qədər işləməsinə imkan verən litium-ion batareyası ilə təchiz edilib. Platforma üzən və ya basdırılmış dəniz minalarını aşkar etmək üçün sonardan istifadə edir və göyərtədəki verilənlər bazası və analitik kompüterdən istifadə edərək müxtəlif minaları və minaya bənzər obyektləri müəyyən edə bilir. Daha sonra platformalar onları məhv edir.
Strategyvision.org

Teq: Knifefish   ABŞ  


Oxşar məqalələr
Son əlavə olunanlar