Estoniya şirkəti döyüş robotlarının avtonom qabiliyyətini nümayiş etdirib - VİDEO

Estoniya şirkəti döyüş robotlarının avtonom qabiliyyətini nümayiş etdirib -  VİDEO
1358     14:43     11 08 2021    
Avropanın qabaqcıl robototexnika və avtonom sistemlər istehsal edən, mərkəzi Estoniyada yerləşən “Milrem Robotics” şirkəti döyüş robotlarının avtonom qabiliyyətini nümayiş etdirib.

Nümayiş zamanı “THeMIS” adlı iki robodan istifadə edilib. Birinci robot insan operatoru tərəfindən idarə edilərək müxtəlif maneələri aşıb. İkinci robot A nöqtəsindən B nöqtəsinə qədər birincini avtonom şəkidə izləyib. Robot maneələri insan operatorunun müdaxiləsi olmadan aşıb.

Şirkət rəsmiləri bildirir ki, robotlar dünyanın bir neçə ölkəsinə ixrac ediləcək. 2022-ci ildən etibarən robotun avtonom və ağıllı funksiyaları sertifikatlaşdırılacaq.

“THeMIS” adlanan robotlar müxtəlif silah sistemləri, əldəqayırma partlayıcı qurğuları aşkarlama cihazları və digər döyüş texnologiyaları ilə təchiz edilən çoxməqsədli insansız quru platformalarıdır. Robotlar Estoniya, Avstraliya, Fransa, Almaniya, Hollandiya, Norveç, Birləşmiş Krallıq, ABŞ tərəfindən istifadə edilir.

Taktiki-Texniki Xüsusiyyətləri:

Kütləsi: 1630 kq
Uzunluğu: 2.4 metr
Eni: 200 sm
Hündürlüyü: 115 sm
Maksimum yükgötürmə qabiliyyəti: 1200 kiloqram
Maksimum sürət: 20 km/saat
Əməliyyat məsafəsi: 1.5 kilometr
Əsas silahları: gəzən sursat üçün atıcı qurğu, 30 mm-lik top, pulemyot və tank əleyhinə raketlər

Strategyvision.org

Teq: Estoniya   THeMIS  


Oxşar məqalələr
Son əlavə olunanlar