Qlobal Süni Zəka çipləri bazarı: 2021-2025

 Qlobal Süni Zəka çipləri bazarı:  2021-2025
1058     15:23     04 08 2021    
Son bir neçə ildə dövlətlər həm hərbi, həm də mülki sahədə Süni Zəka (SZ) ilə işləyən sistemlər yaradırlar. Bu sistemlərə marağın artması qlobal SZ çipləri bazarının artmasına səbəb olub.

“Technavio” araşdırma mərkəzi SZ çipləri bazarını araşdırıb və 2021-2025-ci illəri əhatə edən proqnozlar hazırlayıb.

Mərkəzin hazırladığı hesabatda qeyd olunur ki, SZ çipləri bazarı proqnoz dövründə ortalama illik 51%-dən çox artacaq və proqnoz dövrünün sonunda bazarın həcmi 73.49 milyard ABŞ dolları olacaq.

Hesabatda qeyd olunur ki, məlumat mərkəzlərində bu çiplərə olan ehtiyac sürətlə böyüyür.

Bazarın əsas oyunçularının demək olar ki hamısı ABŞ-da yerləşir. Buraya “Alphabet Inc”, “Broadcom Inc”, “Intel Corp”, “NVIDIA Corp”, “Qualcomm Inc”, “Advanced Micro Devices Inc” və digər şirkətlər daxildir.
Strategyvision.org

Teq: Süni-Zəka  


Oxşar məqalələr
Son əlavə olunanlar