Artıq “Songar” kvadrakopterləri “Togan” döyüş sursatları ilə atəş açır - VİDEO
Sınaqlar zamanı PUA-dan “Togan” sursatları atılıb. Sursatların döyüş başlığı daşıdığı müşahidə edilib.
“Asisguard” tərəfindən hazırlanan “Songar” kvadrakopter tipli PUA-dır. Platformaya pulemyotlar və sursatların atılması üçün atıcı qurğular quraşdırıla bilər.
TÜBİTAK (SAGE) tərəfindən inkişaf etdirilən “Togan” 81 mm-lik NATO minaatanlarının ekvivalenti olaraq inkişaf etdirilib.
NATO-nun 81 mm-lik minaatanlarının ekvivalenti olaraq hazırlanan "Togan" sursatları döyüş təyyarələri və PUA-lara quraşdırılan xüsusi atışa nəzarət sistemi ilə atılır. Nisbətən ucuz havadan atılan sursatlar minaatanlarla yerdəki hədəflərə zərbələr endirməyə imkan verir.
Hava platformalarına inteqrasiya edilən atışa nəzarət sistemi 100 Hz-sürətində proqnozlaşdırılan trayektoriyanı hesablaya bilər. Bu şəkildə sursatın düşmə nöqtəsi dəqiq hesablanır.
- 81 mm minaatana inteqrasiya edilən dəqiq idarəetmə qabiliyyəti
- Türkiyə ordusunun hazırda istifadə etdiyi 81 mm minaatanlarla uyğundur
- Yerüstü missiya planlaşdırma qabiliyyətinə malikdir
- Əsasən piyada əleyhinədir
- 35 m məhvetmə radisuna sahbdir
- Dairəvi sapma ehtimalı 10 metrdən azdır
"Songar" Türkiyə Silahlı Qüvvələrinin inventarında atəş sabitləşdiricisinə və pulemyota malik ilk milli silahlı pilotsuz sistemdir. Beynəlxalq səviyyədə patentləşdirilmiş sabitləşmə sisteminə quraşdırılan pulemyot hər uçuşda 200 ədəd patron daşımaq gücünə malikdir. Asan daşınan və yerləşdirilə bilən "Songar" silahlı dron sistemi, yaxın hava dəstəyi təmin etmək üçün hazırlanan silah sistemidir. Dəyişən maqazin operatora tez bir zamanda silaha parton yükləməyə və vəzifələrini fasiləsiz davam etməyə imkan verir. Operatorun atəş əmri təsdiqlənənə qədər PUA vəzifəsini çoxqatlı təhlükəsizliklə avtonom şəkildə yerinə yetirir.
PUA-nın geri qayıtması, uçuş zamanı vəzifənin dəyişdirilməsi, əlaqənin itirilməsi və s. zamanı avtonom və uzaqdan idarəetmə rejimləri kimi funksiyalar, operator yükünü azaltmaq üçün nəzərdə tutulub. PUA erqonomik və istifadəçi dostu olan dizayna malikdir.
"Songar" aşağıdakı alt sistemlərə malikdir:
Çoxrotorlu dron platforması;
OASIS (Avtomatik atəş sabitləşdirmə sistemi);
DMT (Dron üzərində pulemyot);
YİS (Yerüstü idarəetmə stansiyası);
Hərbi əməliyyatlarda "Songar":
Məlum təhdidləri dərhal müdaxilə ilə ortadan qaldırır;
Hərbi obyektləri yaxın hava dəstəyi ilə qoruyur;
Hərbi karvanlar/nəqliyyat vasitələrinin təhdid zonasında mühafizəsini təmin edir;
Döyüş zamanı fərdi əsgər/manqa səviyyəsinin atəş məsafəsini artırır;
TSQ-nin daxili təhlükəsizlik əməliyyatlarında çoxməqsədli istifadəni təmin edir.
Texniki uçuş xüsusiyyətləri
Döyüş sursatı dəsti: 200 ədəd 5.56 çaplı (45 mm NATO) patronu;
Maksimum qalxma kütləsi: 45 kq;
Maksimum uçuş hündürlüyü: MSL 2800 m, AGL 400 m.
Ölçüləri:
Eni 145 sm (rotordan rotora qədər);
Hündürlüyü: 70 sm.
Avadanlıq və imkanları
İkiqat kamera sistemi:
Pilot kamerası (10 qat böyütməli);
Silah kamerası;
Planlaşdırma və yerüstü idarəetmə stansiyası;
Real vaxt rejimində video transferi;
Gecə-gündüz (sifarişlə) əməliyyat qabiliyyəti;
GPS və QLONASS-a uyğun naviqasiya xüsusiyyəti;
Vəzifə sonrası analiz üçün video və məlumatların yaddaşa yazılması.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı