Cənubi Koreya avtonom döyüş robotlarının sayını artırmağı düşünür

Cənubi Koreya avtonom döyüş robotlarının sayını artırmağı düşünür
593     12:12     09 07 2021    
Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti ölkənin silahlı qüvvələrinə iki MPUGV adlı insansız quru platforması təqdim edib.

“HR-Sherpa” prototipinə əsaslanan iki döyüş robotu Cənubi Koreya ordusu tərəfindən sınaqdan keçiriləcək.

6x6 təkər formuluna malik robotların sınaqlardan sonra kütləvi istehsal prosesi başlayacaq.

Robotlar yaxın döyüş, müşahidə və kəşfiyyat tapşırıqlarında, habelə silah-sursat daşınması kimi müxtəlif vəzifələri yerinə yetirəcək.

Operatora real zaman rejimində ərazinin görüntülərini təqdim edən gecə-gündüz kameralarla təchiz olunmuş MPUGV-lərə, həmçinin avtonom hərəkət etmə qabiliyyətinə malikdir.
Strategyvision.org

Teq: Cənubi-Koreya   Robot  


Oxşar məqalələr
Son əlavə olunanlar