Avtonom robotlar ABŞ dəniz piyadalarının xidmətində

Avtonom robotlar ABŞ dəniz piyadalarının xidmətində
1014     12:07     07 07 2021    
ABŞ ordusunun dəniz piyadaları və mühəndisləri EMAV (Expeditionary Modular Autonom Vehicle) adlanan yüngül robot vasitəsini qiymətləndirirlər.

Təlimlər zamanı robotun bir çox funksiyası sınaqdan keçirilib. Sınaqlar başa çatdıqdan sonra robotların xidmətə qəbul edilməsi planlaşdırılır.

EMAV “Pratt Miller” şirkəti tərəfindən istehsal edilən yüksək dərəcədə mobil və tamamilə avtonom quru platformasıdır. Platforma 72 km/saata qədər sürətə malikdir.

Hibrid mühərrikli robot vasitəsinin hərəkəti olduqca səssizdir.

Hərbi nəqliyyat təyyarələri ilə daşınması üçün uyğun konfiqurasiyada istehsal edilən robot müxtəlif silahlarla təchiz edilə bilər.
Strategyvision.org

Teq: ABŞ   Robot  


Oxşar məqalələr
Son əlavə olunanlar