İran dəstəklədiyi qeyri-dövlət aktorlarına avtonom dəniz platformaları ötürür

 İran dəstəklədiyi qeyri-dövlət aktorlarına avtonom dəniz platformaları ötürür
1448     14:40     06 07 2021    
İran bu yaxınlarda təqdim etdiyi minaaxtaran gəmisinin göyərtəsində avtonom sualtı platformanı nümayiş etdirib.

“Israel defense” nəşrinin məlumatına görə, platformanın kənarında “Made in Iran” sözləri yazılıb.

Platforma kəşfiyyat məlumatları toplamaq, hədəfləri vurmaq və minaları təmizləmək üçün istifadə olunur.

İranın nümayiş etdirdiyi avtonom sualtı platforma İtaliyanın “Gaymarine SRL” şirkəti tərəfindən istehsal olunan “Pluton” vasitələrinə oxşayır. Bu vasitələr üzən və ya okean dibindəki minaları tapmaq və zərərsizləşdirmək üçün nəzərdə tutulub. Sualtı vasitə 1980-ci illərdə hazırlanıb və bunlardan 150-dən çoxu istehsal edilib. “Pluton” hazırda Norveç, Misir, Vyetnam, İspaniya və İtaliya tərəfindən istifadə edilir. Vasitə maksimum 400 metr dərinlikdə və təxminən iki saat fasiləsiz işləyə bilər.

İnsansız sualtı platformalar gəmilər və dənizdəki qaz platformaları kimi kritik milli infrastruktur üçün getdikcə daha çox təhlükəyə çevrilir.


Bundan əvvəl nəşr HƏMAS-ın insansız sualtı platformalar yerləşdirdiyini bildirmişdi. May ayında İsrail Hərbi Dəniz Qüvvələrinin personalı HƏMAS-ın dəniz qüvvələrinin sahil infrastrukturlarına yaxın Qəzza zolağının şimal bölgəsində şübhəli fəaliyyətini aşkarladığını bildirib. Məlumatda bildirilir ki, ərazidən sualtı gəmi olduğundan şübhə edilən vasitə aşkarlayıblar.

Bundan sonra İsrail Müdafiə Qüvvələri ilk dəfə HƏMAS-ın avtonom işləyə bilən və GPS sistemlərindən istifadə edərək hərəkət edən insansız sualtı platformalarına sahib olduğunu bildirib. Bu kiçik sualtı qayıqlarda 50 kiloqram partlayıcı maddə olan döyüş başlığı quraşdırılıb. Sualtı qayıqlar işə salındıqdan sonra özlərini hədəflərinə istiqamətləndirir və onu məhv edirlər.

“Israel defense” nəşrinin məlumatına görə, HƏMAS-ın tədqiqat və inkişaf təşkilatı bir neçə ildir təşkilatın dəniz qüvvələri tərəfindən idarə ediləcək insansız gəmilər hazırlamağa çalışır. HƏMAS-ın inkişaf etdirməyə çalışdığı iki növ pilotsuz gəminin olduğu məlumdur. Nəşr qeyd edir ki, Qəzzada fələstinlilərin yaratdığı HƏMAS hərəkatı iki növ insansız dəniz platformaları inkişaf etdirməyə çalışır. Bunlardan biri uzaqdan idarə olunan vasitəyə çevrilmiş sürət katerləri, digəri sualtı platformadır.

Sakit dövdə katerlərin məqsədi İsrail qüvvələri barədə məlumat toplamaqdır, qarşıdurma zamanı isə uzaqdan idarə olunan kamikadze gəmisi kimi xidmət edəcək və İsrail gəmilərini, həmçinin qaz platformalarını məhv etmək üçün istifdə ediləcək. Bu gəmilər radar və kameralar kimi texnologiya ilə təchiz olunub.

İkinci növ gəmi su altında İsrail haqqında məlumat toplamaq üçün istifadə ediləcək. İsrail Hərbi Dəniz Qüvvələrinin onu tapmaq qabiliyyəti çox məhduddur.

HƏMAS-ın araşdırma və inkişaf təşkilatı bu vasitələrin hazırlanması zamanı İrandan ötürülən məlumatlara, internetdə əldə edilə bilən akademik araşdırmalara və peşəkar ədəbiyyata müraciət edirlər.

İranlılar insansız dəniz platformalarının inkişafında bir sıra naliyyətlər əldə ediblər. Bu tip plaformalar İran tərəfindən Yəməndəki “Husi” qiyamçılarına da ötürülür. Artıq qiyamçıların bu gəmilərdən Səudiyyə donanmasına məxsus gəmilərə qarşı istifadə etdiyi məlumdur.
Strategyvision.org

Teq: İran   Avtonom-sistemlər   HƏMAS   Husilər  


Oxşar məqalələr
Son əlavə olunanlar