Türkiyə ULAQ adlı avtonom dəniz platformalarının kütləvi istehsalına başlayır

Türkiyə ULAQ adlı avtonom dəniz platformalarının kütləvi istehsalına başlayır
1499     11:20     29 06 2021    
Türkiyə ULAQ adı verilən avtonom dəniz platformalarının kütləvi istehsalına başlayır.

ARES gəmiqayırma şirkəti və “Meteksan Savunma” tərəfindən hazırlanan ULAQ saatda 65 kilometr sürətlə 400 kilometrədək məsafə qət edə bilir.

Gecəgörmə qabiliyyətinə malik platformalar kəşfiyyat, nəzarət, müşahidə, zərbə üçün bir çox imkanlara sahibdir.

Yanvar ayında sınaq üçün dənizə endirilən platformalar quru hədəflərini lazerlə idarə olunan “Cirit” raketləri ilə məhv edə bilir.

Türkiyə istehsal prosesi üçün araşdırma və konsepsiya tədqiqatları da daxil olmaqla, ULAQ-ın inkişafına 2018-ci ildə başlayıb. 2020-ci ilə qədər prototip hazırlanıb.

Uzunluğu 11 metr olan gəmi dörd lazerlə idarə olunan “Cirit” raketi və iki lazerlə idarə olunan uzun mənzilli tank əleyhinə raketlə təchiz edilib. Platforma zərbə və müşahidə PUA-ları ilə birgə əməliyyatlarda iştirak edə bilər.

Taktiki-Texniki Xüsusiyyətləri

Ekipaj: 0
Gövdənin uzunluğu: 11 m
Faydalı yükü: 2000 kq
Silah yükləri: UMTAS, L-UMTAS və Cirit raketləri
Maksimum sürət: 65 km / saat
Məsafəsi: 400 km
Rabitə məsafəsi: 200 km
Funksiyaları: Kəşfiyyat, müşahidə, suüstü müharibə, Hava Hücumundan Müdafiə müharibəsi, radioelektron mübarizə, sualtı müharibə
Strategyvision.org

Teq: Türkiyə   ULAQ  


Oxşar məqalələr
Son əlavə olunanlar