Türkiyənin STM şirkətinin avtonom sistemlərinə Asiyada böyük maraq var
Şirkətin baş direktoru Özgür Güleryüz müştərilərin əsasən şirkətin avtonom sistemlərinə maraq göstərdiyini bildirib.
STM şirkəti quru, hava və dəniz platformaları üçün avtonom sistemlər, peyk və kosmik vasitələr istehsal edir.
Şirkətin direktoru Yaponiyanın “Nikkei Asia” nəşrinin suallarını cavablandırarkən Asiya ölkələrinin “Kargu” PUA-larına maraq göstərdiyini qeyd edib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk gəzən döyüş sursatı KARGU olub. TSQ və xüsusi polis bölmələrində yerləşdirilən yüngül "Kargu" kvadrokopter tiplidir. Onun uçuş kütləsi 7.06 kq-dır, elektrik mühərrikləri litium-polimer batareyalarla təchiz edilir, havada 30 dəqiqə qala bilir. Maksimum uçuş yüksəkliyi 2800 metr, optimal yüksəkliyi isə dəniz səviyyəsindən 500 metr yüksəkdir, fəaliyət radiusu 5 km, maksimal sürəti 72 km/saatdır, lakin hücum zamanı şığıma sürəti 120 km/saata çatır. Ölçüləri 600 mm x 600 mm x 430 mm olan aparatın qalxma kütləsi 7060 qramdır. KARGU kvadrokopteri -20 dərəcədən + 50 dərəcəyədək temperatur diapazonunda çalışa bilir. Onun buraxılması üçün 1 dəqiqədən də az zaman tələb olunur.
KARGU "Block II" adlanan digər variantda isə onun faydalı yükü və uçuş müddəti qorunub, lakin kütlə 5 kq-ya endirilib. Şirkətin məlumatına görə, PUA 20-dən çox aparatla birgə "sürü" tərkibində fəaliyyət göstərə və uçuş proqramına uyğun olaraq hədəfə müstəqil hücum edə bilir. TSQ bu il Suriyada keçirdiyi hərbi əməliyyatlarda 29 ədəd KARGU "Block II" PUA-larını eyni zamanda sürü şəkilində tətbiq etməklə onların real imkanlarının şirkətin göstəricilərindən daha yüksək olduğunu sübut etdi. TSQ hazırda "Block II" versiyasının ən azı 500 ədədinin aktiv istifadəçisidir.
Dron yerdən operator tərəfindən idarə olunur. Operator dronları istənilən obyektlərə, o cümlədən hərəkətli obyektlərə yönəldə bilər. Dronlar hədəfi məhv etməyibsə, sonradan yenidən istifadə üçün operatorun yanına qaytarıla bilir. Şirkət "sürü" əməliyyatları yolundakı uğurlarını inkişaf etdirmək, operatorun yükünü azaltmaq üçün süni zəkanın inteqrasiya imkanlarını artırmaq, GPS siqnalı və rabitə kanalı olmadan aparatın idarə olunması istiqamətində ciddi addımlar atır.
STM şirkətinin kütləsi 1.3 kq olan piyada əleyhinə/qəlpəli döyüş başlıqlı, termobarik döyüş başlıqlı və zirehdələn sursatların PUA-ya yerləşdirilməsini başa çatdırdığı məlumdur.
KARGU PUA-sı:
- Gündüz və gecə aktiv əməliyyat;
- Minimal ziyanla müstəqil həssas zərbə;
- Koordinat və ya görüntü üzərində seçilən hədəfi izləmə və məhvetmə;
- Müxtəlif sursat variantları;
- Hərəkətdə olan hədəfə kilidlənmə;
- Yüksək naviqasiya və nəzarət alqoritmləri;
- Bir nəfər əsgər tərəfindən istifadə;
- Vəzifəni ləğvetmə və ya özünü məhvetmə;
- Təhlükəsiz geri qayıtmaq;
- Təkmilləşdirilmiş və orijinal radioelektron mühafizə;
- Tənzimlənən məsafədən hədəfi məhvetmə;
- Xüsusi milli proqram təminatı;
- Görüntü emalı əsaslı nəzarət tətbiqləri;
- Real zamanda obyektlərin aşkarlanması, tanınması, izlənməsi və təsnifatı;
- İstifadədən əvvvəl sursat yükləmə imkanı;
-10 qat optik yaxınlaşdırma;
- İstifadəçi dostu olan yerüstü idarəetmə proqramına malikdir.
Şirkətin digər məhsulu olan “Alpagu” kamikadze PUA-larının sınaqları keçirilib və tezliklə istismara veriləcəyi gözlənilir. Könhə türk folklorunda "tək başına düşmənə hücum edən igid" mənasını verən ALPAGU ilk dəfə IDEF-2019 sərgisində təqdim edilib. Seriya istehsal versiyası ALPAGU "Block II" zərbə PUA-sı gəzən sursat sinifinə aiddir. Avtonom idarəetməyə malik aparat asimmetrik və ya konvensional müharibədə bir nəfər əsgər tərəfindən nəql edilir. PUA pnevmatik qurğu sayəsində kvadrat konteynerdən buraxılır. Əsas qanadlar və quyruq pərləri buraxılışdan sonra açılır, elektrik mühərriki isə quyruq hissəsində quraşdırılan itələyici mexanizmi hərəkətə gətirir.
ALPAGU "Block II" sabit qanadlı PUA-dan, atıcı və yerüstü idarəetmə qurğularından ibarətdir. Bir çox atıcı qurğunu eyni ərazidə yerləşdirməklə onlardan sürü şəklində istifadə də mümkündür. ALPAGU gəzən sursatlarında MKEK tərəfindən hazırlanan partlayıcılardan istifadə edilir. Onun həm real zamanda orijinal görüntü emalı üçün, həm də dərin təhlil alqoritmləri ilə sabit və hərəkətli hədəflərə qarşı istifadəsi mümkündür.
Operator PUA-nı video kanal vasitəsilə idarə edir. Görüntü emalı alqoritmləri sayəsində ALPAGU avtomobillər və insanlar kimi hərəkətsiz və hərəkətli hədəfləri aşkar və təsnif edə bilir. Burada STM Süni Zəka sahəsindəki zəngin təcrübəsini tətbiq edib. Aparat gecə-gündüz optik kameralarla təchiz edilir.
ALPAGU "Block II" PUA-sı:
- Gündüz və gecə aktiv əməliyyat;
- Avtonom həssas zərbə;
- Koordinat və ya görüntü üzərində seçilən hədəfi izləmə və məhvetmə;
- Hərəkətdə olan hədəfə kilidlənmə;
- Yüksək naviqasiya və nəzarət alqoritmləri;
- Bir nəfər əsgər tərəfindən istifadə;
- Vəzifəni ləğvetmə və ya özünü məhvetmə;
- Təhlükəsiz geri qayıtmaq;
- Yüksək naviqasiya və nəzarət alqoritmləri;
- Təkmilləşdirilən radioelektron mühafizə;
- Milli proqram təminatı;
- Real zamanda obyektlərin aşkarlanması, tanınması, izlənməsi və təsnifatı imkanlarına malikdir.
Taktiki uçuş xüsusiyyətləri
ALPAGU "Block II" zərbə PUA-sının fəaliyyət radiusu 5 km, uçuş müddəti 10 dəqiqə, uçuş yüksəkliyi 121 metr, kreyser sürəti 92 km/saat, maksimum sürəti 120 km/saatdır. "LiPo" batayesı ilə çalışan elektrik mühərikli zərbə vasitəsi 1.9 kq kütləyə malikdir. -20 dərəcədən + 50 dərəcəyədək temperatur diapazonunda çalışa bilir. Bütün sistemin kütləsi 3 kq-dan azdır və buraxılışa hazırlığı bir dəqiqədən az zaman tələb edir. PUA əl qumbarası şəklində MKEK tərəfindən istehsal olunan 500-600 qram döyüş yükü daşıya bilir, bu sursat digər istehsalçıların məhsulu ilə də əvəz edilə bilər.
Oxşar məqalələr
-
SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə...
-
Elektrik enerjisindən istifadə hər şeyi dəyişdi| İnsanabənzər robotların inkişafı
-
Türkiyədə robot itlər satışa çıxarılır – Onlar üzgüçülük tapşırıqlarını da yerinə yetirir?
-
Gələcəyin açarı – “Xenobot”lar| Özünü çoxalda və bərpa edə bilən robotlar dünyanı ələ keçirəcək?
-
Avtonom hərbi platformalar bazarı: 2020-2025
-
BƏƏ şirkətindən sürü PUA-ları təqdimatı - HUNTER-2
-
Fransa ordusu dənizin dibini araşdırmaq üçün avtonom platformalardan istifadə edəcək
-
Avtomatik etiketləmə: təbliğat cizgisi xaricində süni zəka üçün dərc
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı