ABŞ Donanmasının avtonom dəniz platforması 8 min kilometrdən çox yol qət edib

ABŞ Donanmasının avtonom dəniz platforması 8 min kilometrdən çox yol qət edib
338     08:52     09 05 2021    
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Nomad” adlı avtonom dəniz platforması 8 min kilometrdən çox yol qət edib.

Platforma Meksika Körfəzindən Panama Kanalı ilə Birləşmiş Ştatların qərb sahilinə qədər hərəkət edib.

Panama kanalının bir hissəsində dəniz platforması bir nəfər tərəfindən idarə olunub. Qalan hissələrdə avtonom fəaliyyət göstərib.

“Nomad” ABŞ Müdafiə Nazirliyinin “Ghost Fleet Master” layihəsi çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədi insan müdaxiləsi olmadan işləyə bilən və uzun müddət baxım tələb etməyən böyük və orta ölçülü platforma yaratmaqdır.
Strategyvision.org

Teq: Nomad   ABŞ  


Oxşar məqalələr
Son əlavə olunanlar