Axtar
-
Çin indi yada düşür| Ukraynadakı müharibə iqtisadi asılılığın necə öldürür?NATO-nun şərq qapılarında suveren Ukrayna dövləti uğrunda gedən dəhşətli müharibə ölkələrin başqa ölkədən yüksək dərəcədə asılı olduğu zaman nələrin baş verə biləcəyinə işıq salır. ABŞ-ın Çinin tədarük zəncirlərinə güvənməsi ilə Avropa İttifaqının Rusiya enerjisindən asılı olması arasında paralellər aparıla bilər. İqtisadi asılılığın ciddi nəticələri var.
-
Bu, Rusiya İmperiyasının Son Müharibəsidir?Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan 200 günə yaxın müddətin keçməsi Rusiyanın bütün daxili siyasətini faktiki olaraq “sıfırlayıb”. Əhəmiyyətli odur ki, keçən ay (may) “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov 15 qubernator və 6 regional qanunverici orqanın seçiləcəyi 2022-ci ilin sentyabrında keçiriləcək “vahid səsvermə günü”nü tamamilə ləğv etməyə çağırıb. Mironov iddia edirdi ki, “xüsusi hərbi əməliyyat” şəraitində siyasi rəqabət “ölkəni parçalayır”: “Bu gün hər kəs prezidenti dəstəkləməlidir və seçkilərin keçirilməsinə xərclənən pullar ordunun ehtiyaclarına yönəldilməlidir”.
-
Rusiya böyük müharibəyə hazırlaşarkən Putin Böyük Pyotru çağırır?Rusiya prezidenti Vladimir Putin qlobal qeyri-sabitliyin artdığı bir vaxtda Rusiyanın uzunmüddətli strateji hədəflərinin konturlarını cızaraq, imperiyanın bərpası ilə bağlı kəskin mənzərəni təqdim edib.
-
İmperiyanın sonu: Rusiya əsl milli dövləti ola bilərmi?Qərb Ukraynadakı müharibədə qalib gəlib. Rusiyanın Ukraynanı məğlub etmək cəhdi uğursuzluğa düçar oldu, ordusu sınaqdan keçirildi və zəif tərəfləri üzə çıxdı. Ukrayna xalqı heç şübhəsiz azadlığın heç kəsə verilmədiyini nümayiş etdirdi. Avropalılar Ukraynanı dəstəkləmək üçün ümumi siyasət ətrafında toplaşaraq, nəinki iqtisadi bədəli ödəməyə hazır olduqlarını nümayiş etdirdilər, həm də qonşuluqda azadlıq üçün təhlükəyə yol vermək istəmədiklərini göstərdilər. Amerikalılar həlledici hərbi yardımla müdaxilə etdilər.
-
Putin Rusiya regionalizmi üçün “Pandora qutusu”nu açır?Aprelin 26-da Kremldə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə görüşdə prezident Vladimir Putin Ukraynanın Donbas bölgəsində yaradılan qondarma qurumların “müstəqilliyini” yenidən müdafiə edib. Rusiyanın hərbi və maliyyə dəstəyi ilə dəstəklənən bu marionet separatçılarla bağlı Putin diqqətəlayiq bir ifadə işlətdi: “Heç bir dövlətin bu və ya digər ərazisi öz suverenliyini elan etmək üçün ölkənin mərkəzi orqanlarından icazə almağa borclu deyil”.
-
Bu dəfə Putini Tacikistan prezidenti belə müşayiət etmədi – Onun deyəcək sözü tükənibMayın 9-na bir neçə həftə qalmış Rusiya prezidenti Vladimir Putinin Qırmızı Meydanda illik Qələbə Günü hərbi paradında əsas qərarını açıqlayacağı gözlənilirdi. İllər keçdikcə o, bu bayramın mənasını dəyişdi, əvvələr nasist Almaniyasına qarşı mübarizədə Müttəfiqlərin qələbəsi qeyd edilirdisə, sonradan Sovet/Rusiya militarizminin qüdrəti nümayiş etdirildi. 2005-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Corc Buş və Birləşmiş Millətlər Təşkilatının o vaxtkı Baş katibi Kofi Annan da daxil olmaqla, 150-yə yaxın nüfuzlu şəxs tədbirdə iştirak etdi. 2021-ci ildə Tacikistan Prezidenti Emomali Rahmon yeganə fəxri qonaq oldu. Bu il isə Putin hərbi korteji tək izləyib.
-
Gürcüstan Rusiya-Ukrayna müharibəsindən qazancla çıxa bilər?Vladimir Putinin Ukraynadakı müharibəsi Şərqi Avropada geosiyasətin davam edən canlılığını göstərir. Ukrayna regionda Rusiya ilə Qərb gücləri arasında sonuncu (və ən faciəli) geosiyasi rəqabətdir və bu ölkənin şəhərləri Avropada XX ən qaranlıq günlərini xatırladır. Müharibə Rusiyanın və onun liderinin qəddar və paranoyak davranışlarının, həm də Rusiya sərhədlərində kiçik dövlətlərin üzləşdiyi asimmetrik reallıqların nümayişidir.
-
Rusiyanın “tənha ada” kimi batacağını zaman göstərəcək – Bəs Çin niyə Moskvadan uzaqlaşmır?Çin hakimiyyəti Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı ciddi problemlərlə üzləşib. Bir tərəfdən Pekin və Moskva arasında münasibətlərin yaxınlığı son illərdə ən yüksək səviyyədədir. Pekin üçün Rusiyanın əhəmiyyəti onun xammal tədarükçüsü rolundan və Donald Trampın prezidentliyi dövründə ABŞ-la qarşıdurma münasibətlərində geosiyasi müttəfiq kimi dəyərindən irəli gəlir. Xarici işlər naziri Vanq Yi 2021-ci ilin yanvarında Çin-Rusiya strateji əməkdaşlığının sərhədi olmadığını bildirdi. Bir il sonra Çin və Rusiya qəbul etdikləri birgə bəyanatda bu siyasi xətti gücləndirdilər. Prezident Vladimir Putinin Çinə səfəri zamanı Pekin ilk dəfə Rusiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) genişlənməsini dayandırmaq tələblərinə qoşuldu, həmçinin Moskva ilə birgə “ideologiyalaşdırılmış Soyuq müharibə yanaşmalarından imtina etmək, başqa ölkələrin suverenliyinə, təhlükəsizliyinə və maraqlarına, onların sivilizasiya, mədəni və tarixi mənşəyinin müxtəlifliyinə hörmət etmək, digər dövlətlərin dinc inkişafına ədalətli və obyektiv münasibət bəsləmək” üçün təşkilata çağırış etdi.
-
Putin danışıqlara daha az maraq göstərə bilər?İndiki məqamda Ukraynadakı müharibə ilə bağlı ən böyük suallardan biri Rusiya prezidenti Vladimir Putinin çıxış rampasının necə görünəcəyidir. O, bu kampaniya üçün öz mövqeyini və nüfuzunu ortaya qoyub, ABŞ və müttəfiqlərinin Ukrayna müqaviməti indiyə qədər olduğu kimi inadkar və təsirli olmağa davam etsə belə, ondan geri dönüş və çəkilmə gözləmək bir o qədər də effektiv olmaya bilər. Buna baxmayaraq, istənilən nəticənin məqbul olması üçün Putinin təbliğat aparatının köməyi ilə özünü qalib kimi göstərmə bacarığı var.
İmperiya (45)
Son əlavə olunanlar
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı
-
“İradə azadlığı deyə bir şey yoxdur” "/>Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
-
Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır "/>Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar "/>“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
Şərtlər müəyyən edilib "/>İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük? "/>Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
-
“Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”? "/>Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyada standartlaşdırma və texnologiya inkişafı arasındakı əlaqə – STRATEJİ BAXIŞ
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı... "/>Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası "/>Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə... "/>SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə...
-
Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ) "/>Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ)