Axtar
-
Belarus hələ də öz maraqlarını güdməyə qadirdir?Hakimiyyət orqanlarının 2020-ci il seçkilərindən sonrakı kütləvi etirazları yatırtması Belarusun beynəlxalq münasibətlərində və regional təhlükəsizlik əlaqəsində köklü dəyişikliklə nəticələndi. Daha böyük güc olmaq istəyən Belarus Rusiya komandasının oyunçusuna çevrildi. Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəsi bu dəyişikliyi gücləndirdi. 2015-2019-cu illər arasında Beynəlxalq Münasibətlər üzrə Minsk Dialoqu (MD) Şurasının təşkil etdiyi, Qərb və Rusiya ekspertlərini bir araya gətirən bir sıra iri beynəlxalq forumlar sanki baş tutmayıb.
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)Ukrayna ordusunun Türkiyə istehsalı olan “Bayraktar TB-2” zərbə tipli Pilotsuz Uçuş Aparatından (PUA) istifadə etməsi 2020-ci ildə Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu sistemin istifadəsindən fərqlənir. Fərq ən çox hədəf olaraq təyin olunan obyektlərdə görünür. Azərbaycan əsasən Ermənistan ordusunun tank və digər zirehli texnikalarına, artilleriyasına, hava hücumundan müdafiə sistemlərinə və qoşun cəmləşmələrinə hücum etdiyi halda, ukraynalılar əsasən Rusiyanın uzun logistika xətlərinə zərbələr endirir.
-
Sızdırılmış Makei Məktubu Belarusla bağlı həqiqəti göstərir – Minskin Qərblə əlaqə qurmaq səyləriRusiya Ukraynanı səbəbsiz işğalçı müharibədə özünə tabe etmək cəhdini davam etdirərkən, Belarus öz variantlarını açıq saxlamağa çalışır. Minskdən aparılan bu siyasətin daha bir sübutu aprelin 14-də Azadlıq Radiosunun Praqada yaşayan jurnalisti Rikard Jozviak tərəfindən Belarus xarici işlər naziri Vladimir Makeinin yazdığı məktubun dərci ilə ortaya çıxdı. Jurnalist qeyd edir ki, aprelin 6-da Makeinin müraciəti “Aİ-dəki (Avropa İttifaqı) bəzi həmkarlarına Belarusa qarşı sanksiya və Aİ-Belarus münasibətlərində “Berlin divarı”ndan şikayətlənərək göndərilib”. Bundan əlavə, məktubda Belarusun “bir növ Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməsi” ilə bağlı ittihamlar rədd edilir. Makei Belarus-Avropa İttifaqı münasibətlərində 2016-2019-cu illərdə əldə olunmuş nailiyyətləri xatırladır, evfemik şəkildə “2020-ci ildən sonra baş verən uğursuz hadisələr silsiləsi”nə istinad edir, Qərbin Belarusa qarşı sanksiyalarının “ilk növbədə sadə insanlara zərbə vurduğunu və heç vaxt onların istədikləri hədəfə çatmasına kömək etmədiyini iddia edir” və Aİ-ni ölkəsi ilə “dialoqu bərpa etməyə” çağırır.
-
Utopik fikirlər və SZ birgəliyi?| Müasir inkişafın ilkin rüşeymləri klassik fəlsəfə ustadları tərəfindən atılıb - I YAZISüni zəka bir tədqiqat sahəsi kimi 1956-cı ilin yayında Dartmus universistetində ortaya çıxıb. Yəni artıq bu dövrdən başlayaraq süni zəkaya xüsusi bir elm sahəsi olaraq yanaşılmağa başlanıldı. Süni zəkanın ixtisaslaşması onun müstəqil bir tədqiqat sahəsinə çevrilməsindən etibarən mümkün olsa da, geniş mənada süni zəka tarixini bu dövrdən götürmək olduqca yanlış olardı. Belə ki, süni zəka tarixi barəsində fikir yürütdükdə ortaya atılan fikrin tədqiqat sahəsi kimi sistemli şəkildə formalaşdırılmış süni zəka elmi ilə, yoxsa bütövlükdə süni zəka anlayışı ilə bağlı olduğunu xüsusilə vurğulamaq lazımdır. Bu baxımdan ilk olaraq qeyd etmək lazımdır ki, bu yazı bir elm sahəsi olan süni zəkanın yox, ümumi anlayış olan süni zəkanın tarixindən bəhs edir. Bu tarix isə olduqca geniş və keşməkeşli dövrü əhatə edir.
-
Elmi-texnoloji liderliyə aparan yol - MAŞIN ZƏKASI (İLKİN BAXIŞ)Süni zəka. Son dövrlərdə dünyanın texnoloji sahədə elm aləminin gündəmini zəbt edən mövzu... Hər kəsin xəbərdar olub, əslində çoxlarının gerçəkdə nə olması ilə bağlı bir qənaətə sahib olmadığı anlayış... Son zamanlar aparılan araşdırmalar göstərir ki, ABŞ və Avropa kimi inkişaf etmiş cəmiyyətlərdə insanların azı 80 faizi bu ifadəni eşitdiyini və nə olduğunu təxmini olaraq bildiyini deyir. Lakin onun nə olması ilə bağlı sanballı fikir ortaya atanların ümumi sayı bütün cəmiyyətin sadəcə olaraq 6-7 faizini təşkil edir. Buna səbəb əlbəttə ki, innovativ texnologiya ilə bağlı araşdırma və müzakirələrin bilərəkdən və ya təsadüfən izoliyasiya edilməsidir. Hazırda üzərində başlıca araşdırmaların ABŞ-da Kaliforniyadakı Silikon Vadisində aparıldığı süni zəkanın beynəlmiləl bir mövzu olmasını, yaxud yaxın zamanlarda olacağını gözləmək sadəlövhlük olardı. Lakin qeyd etmək lazımdır ki, dövlətlər bu mövzunu arxa plana atmağa davam etdikləri müddətcə qlobal və regional hərbi, tibbi və texnoloji yarışlarda bir o qədər də geri qalacaqlar. Necə deyərlər bəşəriyyət artıq özünün inkişaf trayektoriyasının bəlkə də sonuncu mərhələsinə qədəm qoyur və bu sonuncu qatara gec qalan sərnişinlər ölümə məhkumdur. Gecikməmək üçün isə dahi amerikalı neyroanatomiyaçı Stiv Polyakın paradoks kimi səslənən “Süni zəka üzərində işləməzdən öncə niyə təbii axmaqlıqla (zəkasızlıqla) bağlı bir şeylər etmirik” ifadəsindəki təklifi yerinə gətirmək lazımdır. Həqiqətən də Polyakın nəzərdə tutduğu kimi təbii axmaqlığı bir kənara qoyub bu mövzunun aktuallığına əhəmiyyət yetirməliyik. Qeyd edək ki, süni zəka kimi geniş bir mövzunun nə bu yazı ilə, nə də bundan sonra davam etdirəcəyimiz silsilə yazılarla tam əhatəli məzmununun və bazasının formalaşdırılmasının mümkünsüz olduğunu başa düşürük. Mövzunun gündəmə gətirilməsində və təqdim olunan bu yazıda da məhz mövzunun predmeti ilə bağlı əsas anlayışlar vurğulanıb və bu sahədə ölkəmizdə aparılacaq gələcək debatlar və elmi araşdırmalar üçün bir baza formalaşdırılması hədəf götürülüb. Ümid edirik ki, bu addım daha sonra kəpənək effekti kimi ölkəmizin elm gündəminin başlıca mövzularından birinə çevriləcək. Əks təqdirdə Azərbaycan da qatara gecikən sərnişinlərdən biri ola bilər...
-
Lider, təcrübəçi və nəzəriyyəçi - Hər üçünü bacaran şəxs mahir strateqdirVətən Müharibəsi zamanı qazanılan qələbəni psixoloji və strateji gedişlərlə bütünləşdirsək, burada Əsgərimizin şücaəti ilə yanaşı Ali Baş Komandanın yüksək iradə və bacarıqlarına şahidlik edərik. Döyüşlərin bitməsindən sonra taktika və strategiyalar, qəhrəmanlar və strateqlər haqqında çoxsaylı araşdırmalar yazılıb, habelə dünyanın beyin mərkəzlərində ciddi analizlər aparılaraq yeni təcrübələr qazanılıb. Bu yazıda strateji düşüncədən və tarixdə iz qoymuş strateqlərdən bəhs edəcəyik.
Fəlsəfə (6)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı